Liviyanın hərbi ekspertləri Türkiyədə təyyarənin qəzaya uğradığı yerə baxış keçirirlər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 24 dekabr, AZƏRTAC
Liviya hərbi ekspertlərindən ibarət qrup dekabrın 24-də Türkiyənin paytaxtı Ankara şəhərindən 100 kilometr cənubda yerləşən əraziyə gəlib. Məqsəd Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin üzvləri də daxil olmaqla, 8 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı istintaqı əlaqələndirməkdir.
AZƏRTAC xəbər verir ki, ekspertlər Liviya hökumətinin tapşırığı ilə Türkiyəyə gəliblər və Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında təyyarənin qalıqlarına baxış keçirirlər.
Qəza yeri jandarma qüvvələri tərəfindən mühasirəyə alınıb, yerli vaxtla səhər saat 3:20-də aşkar edilən uçuş məlumatlarını qeyd edən cihaz deşifrə üçün Ankaraya çatdırılıb.
Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən təyyarə qəzası ilə bağlı açılan cinayət işi 4 prokurora həvalə edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















