Icma.az
close
up
RU
Lladró dan Qarabağ atı heykəllərinin məhdud saylı seriyası

Lladró dan Qarabağ atı heykəllərinin məhdud saylı seriyası

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əl işi çini üzrə məşhur ispan brendi "Lladró" Qarabağ atına - Azərbaycanın ən ehtiram olunan simvollarından birinə həsr edilmiş heykəllərdən ibarət məhdud seriya ərsəyə gətirib. Bu layihə ölkənin ənənələrinə və at obrazının həmişə xüsusi yer tutduğu mədəni irsinə hörmətin izharıdır.

Bu heykəl Bakıda ilk dəfə 2024-cü ilin yazında təqdim olunub. Daha sonra, yəni sentyabr ayında Parisdə hər il keçirilən "Maison&Objet" sərgisinə daxil olaraq orada "Lladró" kolleksiyalarının beynəlxalq təqdimatının bir parçasına çevrilib.

Bu formada Qarabağ atı güc, dözümlülük və nəciblik obrazıdır. "Lladró" rəssamları bu cinsin zirək xarakterini və qədd-qamətini əks etdirməyə çalışıblar. Bu işdə anatomiyanın detallı işlənməsi, profil cizgisinə və baxışın ifadəliliyinə diqqət açıq-aşkar görünür, siluetin dinamikası sezilir. Bu xüsusiyyətlər obrazı tanınabilən və emosional cəhətdən inandırıcı şəklə salır.

Bu əsər Valensiyada yerləşən "Lladró" manufakturasında əl ilə ərsəyə gətirilib. İşləmələrdə isti mis və qəhvəyi çalarlı minadan istifadə edilib ki, onlar da kəhər atın təbii rəngini ötürür. Yəhərin metal elementləri qızıl suyuna salınmış bürüncdən, cilov isə təbii dəridən hazırlanıb. Ənənəvi Qarabağ xalçasına - Azərbaycan ənənələrinə əsasən, yəhərin altından at belinə salınan çula xüsusi diqqət yetirilib. Naxışlarda qədim Azərbaycan xalçalarına xas "Bulud", "Çarx" və "Böcək" motivləri bir-biri ilə səsləşir.

Hər bir nümunə onun həqiqiliyini təsdiq edən fərdi nömrəyə malikdir. Tiraj məhduddur - cəmi 750 heykəl və artıq Bakıda baş tutan təqdimatdan sonra Qarabağ atı həm kolleksionerlər, həm də milli incəsənətə dəyər verənlər arasında layiqli qiymətini alaraq yerli bazarda bestsellerə çevrilib.

"Lladró" əl işi istehsalına və özünəməxsus işləmələrə, eləcə də brendin yüksək standartlarını təmin edən və onun bədii dilini yeni auditoriya üçün inkişaf etdirən ustalarla əməkdaşlığa sadiq qalır.

"Lladró" brendinin Azərbaycandakı eksklüziv nümayəndəsi "Italdizain" şirkətidir.

Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 7A Əlaqə nömrəsi: +994 (12) 498-00-53

"Lladró" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/lladro

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Lladró" brendi haqqında

"Lladró" - əsası 1953-cü ildə Valensiyada qoyulmuş, dizayner, rəssam və heykəltaraşların mükəmməl ustalığı sayəsində beynəlxalq səviyyədə nüfuz qazanmış, dünyanın bədii çini üzrə aparıcı ispan brendi. "Lladró"nun çini servizləri və kolleksiya heykəlləri Valensiyada yerləşən yeganə manufakturada əl ilə ərsəyə gətirilir, sonra isə dünyanın 120-dən artıq ölkəsində premium butiklərə, şəxsi kolleksiyalara və prestijli muzey toplularına göndərilir.

Hər bir məmulat heykəltaraşlar və ustalar tərəfindən filiqran dəqiqliyi və yüksək sənətkarlıqla əl ilə hazırlanır. "Lladró" ustaları qədim texnologiyaları özünəməxsus rəng və işləmələrdən ibarət çeşidli palitra ilə bir araya gətirirlər. Brend ənənələri qayğı ilə qoruyaraq və müasir dövrün məşhur rəssamları, dizaynerləri ilə əməkdaşlığı inkişaf etdirərək öz yaradıcı imzasını daim təkmilləşdirir.

2016-cı ildən etibarən brend İspaniyanın "PHI Industrial Acquisitions" birbaşa investisiya fondu holdinqinə daxildir. Hazırda "Lladró" kolleksiya heykəlləri, servizlər, heykəltaraşlıq üslubunda kompozisiyalar, işıqlandırma predmetləri, dekorativ predmetlər və dəbli aksesuarlar istehsal edir. "Lladró" butiklərdən və səlahiyyətli distribütorlardan ibarət olan öz geniş kommersiya şəbəkəsinə sahibdir, bu da şirkətə bütün dünya üzrə 1 200 satış nöqtəsi və müasir ispan dekorativ-tətbiqi incəsənətinin səfiri statusunu təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri