Icma.az
close
up
RU
Lökbatan Qobu yolu ilyarımdır zülmətə qərq olub

Lökbatan Qobu yolu ilyarımdır zülmətə qərq olub

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan sakinlər Lökbatan-Qobu yolunun, eləcə də Sona Salmanova küçəsinin işıqsız qalmasından və bunun yaratdığı təhlükəli vəziyyətdən narahatdırlar.

Oxu.Az-a daxil olan şikayətdə bildirilir ki, qəsəbəyə gedən yolda ilyarımdır ki, zülmət qaranlıq müşahidə edilir.

Ərazidə piyada zolaqlarının olmaması problemi daha da dərinləşdirir. Sakinlər qeyd edirlər ki, xüsusilə yağışlı havalarda yol keçilməz olur, nəticədə məcburiyyət qarşısında qalan piyadalar yolun hərəkət zolağından istifadə etməli olurlar. Bu da onlar üçün real təhlükə yaradır.

Bundan əlavə, qeyd olunur ki, yolun nəzarətsiz və işıqsız olması sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur. Sakinlər ərazidə təhlükəsizlik kameralarının və sürət radarlarının quraşdırılmasını da təklif edirlər.

Oxu.Az-ın sorğusuna Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) cavab olaraq bildirilib ki, ərazidə yerləşən gecə işıqlandırılması üçün çəkilən xətlərin və dirəklərin aidiyyəti qurumlar tərəfindən RİH-in balansına verilməsi ilə bağlı işlər aparılır:

"Hazırda bu işlər təhvil-təslim mərhələsindədir. Buna baxmayaraq, proses başa çatana qədər qəsəbə bələdiyyəsi tərəfindən cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranmış problem aradan qaldırılacaq".

Xatırladaq ki, Abşeron RİH-dən sözügedən məsələ ilə bağlı 6 ay öncə verilən açıqlamada həmin ərazidəki kabel xəttində qəza baş verdiyi qeyd olunub. Bildirilib ki, lazımi avadanlıqlar sifariş edilib, yaxın günlərdə təmirə başlanılacaq.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri