“Lokomotiv” və “Rostov”un keçmiş futbolçusu İso Kanyendanın ölüm xəbərləri yalan çıxdı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın “Lokomotiv” və “Rostov” futbol klublarının formasını geyinmiş keşmiş futbolçu İso Kanyendanın ölümü ilə bağlı yayılan informasiya yalan çıxıb.
İdman.Biz KP.ru-ya istinadən xəbər verir ki, İ.Kanyendanın ölümü ilə bağlı xəbəri yerli “Luntha Television” telekanalı yayıb.
Lakin bu gün telekanal məlumatını təkzib edib və futbolçunun ailəsindən, eləcə də tamaşaçılardan üzr istəyib.
Dəqiqləşdirilən məlumata görə, Kanyenda hazırda Böyük Britaniyada qaraciyər xərçəngindən müalicə alır. Onun rəsmi nümayəndələri vəziyyətinin ağır olduğunu təsdiqləyib, lakin futbolçunun xəstəliklə mübarizəsini davam etdirdiyini bildiriblər.
Kanyendanın karyerası bir neçə Rusiya klubu ilə bağlı olub. O, “KamAZ”, Volqoqrad “Rotor” kimi komandaların formasını geyinib, 2005-ci ildə isə Moskva “Lokomotiv”i ilə Rusiya çempionatının bürünc medalını qazanıb. Futbolçu idman karyerasını 2017-ci ildə Malavinin “Be Forward Wanderers” klubunda başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 03 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















