Lombardların girov götürdükləri əmlaklar qorunacaq AMB
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanda lombardların girov götürdükləri əmlakların qorunması üçün mexanizmlər olacaq.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ qəbul edilməsi nəzərdə tutulan "Lombardlar haqqında" qanun layihəsində öz əksini tapıb:
"Lombardların fəaliyyətinin tənzimlənməsi, girovların saxlanması və müştərilərlə münasibətlərə dair tələblər üzərində iş aparılır. Əsas məqsəd müştərilərin hüquqlarının pozulmasının qarşısını almaq, onların lombardlara qoyduqları əmlakın qorunmasını təmin etmək və bu sahədə fəaliyyəti tənzimləməkdir. Tezliklə qanun layihəsinin ictimaiyyətə açıqlanması və müzakirəyə çıxarılması nəzərdə tutulur. Layihə qəbul edildikdən sonra mövcud lombardlara fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müəyyən müddət veriləcək. Tələblərimizə uyğunlaşan lombardlar lisenziya alaraq fəaliyyətlərini davam etdirə biləcəklər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 15 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















