Icma.az
close
up
RU
Londondan NyuYorka 54 dəqiqəyə çatmaq mümkün ola bilər Mask yeni layihəsini təqdim etməyə hazırlaşır AzPolitika onlayn siyasiictimai qəzet

Londondan NyuYorka 54 dəqiqəyə çatmaq mümkün ola bilər Mask yeni layihəsini təqdim etməyə hazırlaşır AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı iş adamı İlon Mask London və Nyu-Yorka şəhərləri arasında tunel inşa etmək istəyir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, məsələ Maskın “X” sosial media platformasında bir istifadəçi ilə müzakirəsi zamanı gündəmə gəlib. İstifadəçi yazıb ki, Maskın “SpaceX” şirkəti insanları bir saatdan az müddətdə dünyanın istənilən nöqtəsinə daşıyacaq “Starship Earth to Earth” layihəsi üçün Tramp hökumətindən razılıq ala bilər.

25 milyard dollarlıq bu layihəyə görə, qatarların Atlantik okeanının altından çəkilən tuneldə saatda 4800 kilometr sürətlə hərəkət edə bilərlər. Layihə həyata keçiriləcəyi təqdirdə sərnişinlər bir saatdan az müddətdə Londondan Manhettenə çata biləcəklər. Qeyd edək ki, hazırda təyyarə ilə eyni marşrut təxminən səkkiz saata bərabardir.


Məlumata görə, hazırda dünyanın ən sürətli qatarı Çindədir. “Şanxay Maqlev” qatarı saatda 300 kilometr sürətlə hərəkət edir. Əvvəllər 430 km sürətə çata bilən bu qatarın sürəti 2021-ci ildə azaldılıb. Maskın tunel layihəsində vakuum texnologiyası və reaktiv mühərrikdən istifadə edərək səyahət müddətini cəmi 54 dəqiqəyə endirmək hədəflənir.

Ancaq mühəndislərə görə, bu layihənin həyata keçirilməsi demək olar ki, qeyri-mümkündür. Qeyd olunur ki, Atlantik okeanının dərinliklərində belə bir layihəni icra etməyin müxtəlif çətinlikləri var. Belə ki, Atlantik okeanı dəniz səviyyəsindən təxminən 5500 metr dərinliyə çatır. Bu dərinlikdə alimlər əvvəlcə dəniz dibinin geoloji quruluşunu araşdırmalı və mümkün qırılma xətlərini müəyyən etməlidirlər. Ancaq bu qiymətləndirmədən sonra belə, bazanın tuneli etibarlı şəkildə dəstəkləmək üçün çox yumşaq olduğu ortaya çıxıb. Üstəlik, 5500 metr dərinlikdə suyun təzyiqi tikintiyə mane olan digər amildir.


“Belə dərin sular dənizin dibindəki qayalara ciddi təzyiqlər yaradır və bu da qazılan tunel üçün problemlər yaradır”, - deyə mühəndislərdən biri bildirib. Ancaq ən böyük maneə Atlantik okeanının ortasında, Orta Atlantik silsiləsində yerləşən nəhəng vulkanik bölgədir. Bu aktiv vulkanik bölgə Amerika qitəsini Avropa və Afrikadan ayıran kontinental plitələrin hərəkəti nəticəsində əmələ gəlir.

Bununla belə, daha kiçik miqyaslı tunel layihələri perspektivli nümunələr təqdim edir. Hazırda Baltik dənizinin altında tikilən Fehmarn tuneli Almaniyanın şimalını Danimarkanın cənubu ilə birləşdirəcək. Cəmi 18 kilometr uzunluğunda olan bu tunel göstərir ki, lazımi şərait yaradıldıqda belə layihələr mümkündür.

Layihə üzərində işləyən Danimarkanın “Femern A/S” şirkətinin sözçüsü Deniz Yuxem “Euronews Travel”-a açıqlamasında deyib:“Bu tunel Danimarka və Almaniya arasında daha sürətli və etibarlı əlaqə təmin edərək, gündəlik nəqliyyatı xeyli asanlaşdıracaq. 18 kilometrlik sualtı tunel ən yaxşı həll yolu kimi qiymətləndirilib, çünki o, ətraf mühitə daha az təsir göstərir, hava şəraitinə daha az həssasdır və daha qənaətcildir”.

Fehmarn Tunelinin 2029-cu ildə tamamlanması planlaşdırılır və bütün dünyada böyük marağa səbəb olacağı gözlənilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri