Icma.az
close
up
RU
Lordoz və kifoz nədir?

Lordoz və kifoz nədir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Onurğa sütunu boyundan başlayaraq büzdüm hissəsinə qədər davam edir. O, bir sıra vacib funksiyaları yerinə yetirir: başa və ətraflara dayaqdır; onurğa beynini müdafiə edir; həmçinin hərəkəti təmin edir. 

Onurğa sütunu 3 seqmentə bölünür: boyun, döş və bel nahiyələri. Əgər onurğa sütununa yandan baxsaq, görərik ki, boyun və bel nahiyələrində qabarıqlıq önə, döş nahiyəsində isə qabarıqlıq arxa tərəfədir. Onurğa sütununun vəziyyətindəki hər hansı kənara çıxmalar ağrı, halsızlıq, tarazlığın pozulması və qamət pozulmalarına səbəb ola bilir.

Onurğa sütununun normal əyriliklərindən kənara çıxmalar onurğanın deformasiyaları adlanır. Bura daxildir:

- Kifoz (qozbellik) - bu tip deformasiya onurğa sütununun yuxarı şöbəsinin normadan artıq anormal əyilməsidir. 

- Lordoz - bu tip deformasiya zamanı onurğanın normadan artıq əyilməsi baş verir. Nəticədə budlar arxaya doğru yerləşmiş və qarın önə qabarmış kimi görünür. 

- Yastı bel sindromu (onurğanın əyriliyinin azalması)

- Skolioz (onurğanın yana əyilməsi) 

Lordoz və kifozun hansı növləri var? 

Kifozun növləri:

Postural kifoz: kifozun ən geniş yayılmış növüdür. Yaranma səbəbi oturma qaydasının və qamətin  düzgün olmamasıdır. 

Şeyerman kifozu: onurğa sütununun ciddi struktur anomaliyası nəticəsində yaranır. Əyrilik adətən kəskin və sərt olur. 

Anadangəlmə kifoz: doğuşdan olur. Bətndaxili dövrdə onurğa sütununun düzgün inkişaf etməməsi nəticəsində yaranır. 

Lordozun növləri:

Postural lordoz: yaranma səbəbi artıq çəki və qarın-bel əzələlərinin kifayət qədər güclü olmamasıdır. 

Travmatik lordoz: Onurğa sütununun travması nəticəsində yaranır, nəticədə onurğa önə əyilir. 

Əməliyyat sonrası hiperlordoz: hiperlordoz onurğanın önə həddən artıq əyilməsidir. Bu laminektomiya əməliyyatından sonra yarana bilər. 

Sinir-əzələ lordozu: səbəbi müxtəlif növ sinir-əzələ xəstəlikləri ola bilər. 

İkincili lordoz: bu tip lordoz bud-çanaq oynaqlarında anomaliya nəticəsində budların bükücü kontrakturası nəticəsində yaranır. 

Kifoz və lordozun simptomları hansılardır?

Kifozun əlamətləri:

- Kürək hissədə donqarlıq

- Baş adətən önə yerdəyişir

- Önə əyilən zaman kürək hissə adətən yuxarı olur. 

- Beldə ağrı və yorğunluq

- Tənəffüsün çətinləşməsi

Lordozun simptomları:

- Swayback pozası (qarın önə qabarmış olur)

- Beldə və ayaqlarda ağrı

- Ayaqlarda iynəbatma hissi və keyimə

- Ayaqlarda zəiflik

Müalicəsi

Kifozun və lordozun müalicəsi müxtəlif faktorlardan asılı olaraq dəyişir: ağırlıq dərəcəsindən, yaranma səbəbindən, xəstənin yaşından və ümumi vəziyyətindən və s.  

Onurğa sütununun korreksiyası osteopatiya və reabilitasiya ilə aparılır. Xəstəyə düzgün qamətə, düzgün oturma qaydasına nəzarət olunması tapşırılır. Ata minmək, üzgüçülüklə məşğul olmaq tövsiyyə olunur. 

Bəzi pasientlərə həkim korset də tövsiyyə edə bilər. 

Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri