Los Anceles hava limanında iki təyyarə toqquşub
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin Los-Anceles Beynəlxalq Hava Limanında "Delta Air Lines” və "Air Canada” aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Bildirilib ki, "Delta Air Lines”ın 7 saylı reysini həyata keçirən təyyarə uçuşdan əvvəl hərəkət edərkən onun sol qanadının ucu "Air Canada”nın 785 saylı reysini yerinə yetirən təyyarənin üfüqi stabilizatoruna toxunub.
Hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.
Hadisənin səbəbləri FAA tərəfindən araşdırılır.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:Los Anceles. Deja vyu...
12 İyun 2025 12:39
Parataekvondoçularımız Los Anceles yolunda
07 İyun 2026 15:01
Los Anceles limanında konteyner gəmisində yanğın baş verdi
22 Noyabr 2025 17:29
Los Anceles küçələrində barrikadalar qurulur
10 İyun 2025 12:07
Son “Los Anceles”lə razılaşdı
04 Avqust 2025 17:48
Baxış sayı:111
Bu xəbər 07 Oktyabr 2026 07:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















