“Los Anceles”ə keçdiyim üçün inanılmaz dərəcədə qürur duyuram”
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Cənubi Koreya millisinin kapitanı Son Hın-Min "Los-Anceles"ə keçidini şərh edib. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 33 yaşlı vinger ABŞ klubuna keçdiyi üçün qürur duyduğunu deyib:
"Dünyanın ən məşhur idman şəhərlərindən birində böyük ambisiyaları olan "Los-Anceles"ə qoşulmaqdan inanılmaz dərəcədə qürur duyuram. "Los-Anceles"in zəngin çempionat tarixi var və mən növbəti fəsli yazmağa kömək etmək üçün buradayam. MLS-də yeni çağırış üçün həyəcanlıyam. "Los-Anceles"ə kuboklar qazanmaq üçün gəlmişəm, bu kluba, azarkeşlərimizə, şəhərə bütün gücümü verəcəm. Səbirsizliklə işə başlamağımı gözləyirəm".
O, ABŞ klubu ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.

“Los Anceles”ə keçdiyim üçün inanılmaz dərəcədə qürur duyuram”
07 Avqust 2025 14:05
Los Anceles. Deja vyu...
12 İyun 2025 12:39
Los Anceles küçələrində barrikadalar qurulur
10 İyun 2025 12:07
Son “Los Anceles”lə razılaşdı
04 Avqust 2025 17:48
Los Anceles sakinlərinə psixoloji yardım ediləcək
17 Yanvar 2025 18:37

