Icma.az
close
up
RU
Lotu Qulinin vəkilinin başı bəlada Gəlin yoxa çıxıb FOTO

Lotu Qulinin vəkilinin başı bəlada Gəlin yoxa çıxıb FOTO

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, vəkil dünən səhər saat 10 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildiyini bildirib: "Dəvət əsasında idarəyə gedəndə bildirdilər ki, barəmdə şikayət ərizəsi daxil olub. Sonra məlum oldu ki, şikayət verən şəxs Qəribə Məmmədovadır. O bir müddət əvvəl Tiflisdə öldürülən Elşən Məmmədovun (Elşən Əmircanski) anasıdır. Şikayət Daxili İşlər Nazirinin birinci müavini Vilayət Eyvazovun adına yazılıb və orada bildirdilər ki, bu iş nazir müavinin nəzarətinə götürülüb”. Təranə Əliyeva qeyd edib ki, Q.Məmmədova onu mərhum oğlunun ailəsini dağıtmaqda günahlandırıb: "Qəribə Məmnədova bildirib ki, mərhum oğlu Elşən Məmmədovun ailəsini mən dağıtmışam və həyat yoldaşı ilə 4 azyaşlı uşağını qaçırmışam. Həmçinin şikayətçi deyib ki, guya mən kriminal dəstənin üzvüyəm". Vəkil əlavə edib ki, Qəribə Məmmədova şikayətində məsələyə aidiyyatı olmayan məsələri də qeyd edib: "Mənim Daxili İşlər Nazirliyinin sabiq müavini Telman Əliyevin qızı olmağımdan tutmuş, "Range Rover” avtomobilimin olmasına qədər hər şeyi yazıb. Başa düşmürəm ki, mənim kimin qızı olmağımın bura və yaxud Qəribəyə nə dəxli var? Atam 11 il nazir müavini olub. Mənim babam SSRİ dövründə tanınmış şəxs olub. Mənim "Range Rover”i hardan almağımın Qəribə Məmmədovaya heç bir dəxli yoxdur. Univeristeti qutardığım ilk gündən bəri işləyirəm. 25 ildir vəkil stajım var. Onu da qeyd edim ki, valideynlərim varisiyəm və böyük mirasım var".Təranə Əliyeva Qəribə Məmmədova ilə tanışlıqlarından da danışıb: "2005-ci ildən Nadir Səlifovun vəkiliyəm. Vəkili olduqdan sonra onun dostu Elşən adlı şəxslə tanış olmuşam. Elşən öz ailəsi ilə məni tanış edib və hərdən mənə zəng edib Nadir Səlifovdan xəbər alıb. Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedim təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb, pulu ona verirdim. Axırıncı dəfə Elşən Məmmədov ölən günü Nadir Səlifov 5 min dollar pul verdi ki, onun həyat yoldaşına çatdırım. Evlərinə gedəndə yoldaşı Ülkər və 4 azyaşlı uşaqdan başqa heç kim yox idi. Çünki həmin vaxt Qəribə xanım, Nadir Səlifovun anası ilə birgə Həcc ziyarətində idilər. Daha sonra isə həmin ailə ilə münasibətim olmadı”."Lotu Quli”nin vəkili deyib ki, bir müddət sonra Elşən Məmmədovun yoldaşının evlərindən qaçdığını eşidib: "Məsələ ilə bağlı maraqlandım. Mənə dedilər ki, qızın qızıllarını, sənədlərini əlindən aldığı üçün evdən qaçıb. Hazırda da bu məsələ ilə Suraxanı rayon Məhkəməsində məhkəmə çəkişməsi gedir”.Təranə Əliyeva son olaraq vurğulayıb ki, barəsində verilən şikayət normal deyil:"Bu gəlin 13, 15 yaşında deyil ki, onu qaçırım. Mən Elşənin ailəsinə qarışa bilmərəm. İzahatımda da qeyd etdim ki, gəlin ortadadır və ayın 31-də məhkəməsi var. Gedib ondan hər şeyi soruşa bilərsiniz".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Aprel 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri