“Lotu Quli”nin yaxın adamı Türkiyədə həbs olundu
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kriminal dairələrdə daha çox “Roma Stavropolski” kimi tanınan Şapovalov ləqəbli 54 yaşlı “qanuni oğru” Roman Dmitriyev Türkiyədə həbs edilib və Rusiyaya deportasiyasını gözləyir.
Gununsesi.info lent.az-a istinadən bildirir ki, o, 2018-ci ilin noyabr ayından hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə beynəlxalq axtarışdadır. Roman Dmitriyev 2013-cü ilin avqustunda 43 yaşında türk “oğru”ları tərəfindən kriminal aləmə qəbul edilib.
Qeyd edək ki, Roman Dmitriyev mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Belə ki, 2017-ci ildə o, Lotu Qulinin digər 2 adamı ilə birgə Abxaziyada kafelərdən birində Rövşən Lənkəranskinin adamı olan “Pıza” ləqəbli avtoritet Raul Bartsbaya hücum edib. Lakin Pıza tapançadan atəş açaraq, qurtulub. Nəticədə ona hücum edən avtoritetlərdən 2-si yaralanıb, Roman isə qaçıb canını qurtara bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















