Lotu Quli nin yaxın adamı olan qanuni oğru SAXLANILDI
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın paytaxtı Moskvada polis 65 yaşlı Nuqzar Torçinavanı saxlayıblar.
Lent.az xəbər verir ki, kriminal aləmdə "Torçik" ləqəbi ilə tanınan “qanuni oğru” mütəşəkkil qrup halında 450 min rubl məbləğində pul tələb etməkdə şübhəli bilinir.
Məlumata görə, Torçikin saxlanılmasından sonra Moskvada Suxumidən olan "qanuni oğrular" arasında azadlıqda yalnız "Kimo" ləqəbli şəxs qalıb.
Nuqzar Torçinava 1980-ci ildə kriminal aləmdə "qanuni oğru" statusu alıb. O, SSRİ-nin yenidənqurma dövründə əvvəlcə mərkəzi bölgələrdə, daha sonra isə ölkənin digər regionlarında fəaliyyət göstərən fəal Qafqaz mənşəli kriminal fiqurlardan biri hesab olunub.
Qeyd olunur ki, Torçinava dəbdəbəli həyat sürməyib, adi mənzildə yaşayıb. Son 20 ildə müxtəlif cinayət işləri üzrə ümumilikdə 10 ildən çox həbsdə olub və hazırkı saxlanılması onun dördüncü həbsi olacaq.
Xatırladaq ki, Nuqzar Torçinava mərhum azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın adamlardan biri hesab olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 25 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















