Icma.az
close
up
RU
Lu Mey: Çin Azərbaycan münasibətləri məhz iki dövlət başçısının strateji rəhbərliyi ilə tarixinin ən yüksək zirvəsinə çatıb

Lu Mey: Çin Azərbaycan münasibətləri məhz iki dövlət başçısının strateji rəhbərliyi ilə tarixinin ən yüksək zirvəsinə çatıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Çinə 8 dəfə səfər edib, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri arasında yaxşı işgüzar əlaqələr qurulub, dərin şəxsi dostluq möhkəmlənib. ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevi “köhnə dostum” adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri daim inkişaf edir və artıq tarixinin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Çinə bu yaxınlarda etdiyi səfərin yekunlarına həsr olunmuş brifinqdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey deyib.

Diplomat əlavə edib: “Prezident İlham Əliyev avqustun 31-də Çinə gəldikdən bir gün sonra ÇXR Sədri Si Cinpin ilə görüşüb. Liderlər iki ölkə arasında siyasi etimadın daha da möhkəmləndirilməsi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşün yekununda bir sıra mühüm razılaşmalar əldə olunub. Çinin Sədri Si Cinpin qeyd edib ki, Çin və Azərbaycan inkişaf və tərəqqi yolunda yoldaşdır və Pekin Çin-Azərbaycan əməkdaşlığının yaxşı dinamikasını qorumaq, qarşılıqlı fayda və birgə inkişaf naminə yeni üfüqlər açmaq naminə Azərbaycanla bundan sonra da işləməyə hazırdır. Dövlət başçılarının görüşü Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının növbəti mərhələsinin istiqamətlərini müəyyən edib, həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə yeni təkan verib”.

Bu səfərin Prezident İlham Əliyevin son bir ildə Çinə ikinci səfəri olduğunu və dövlətimizin başçısının dörd günə yaxın bu ölkədə qaldığını diqqətə çatdıran Lu Mey vurğulayıb ki, onda olan məlumata görə, Azərbaycanın lideri indiyədək heç bir ölkəyə belə uzunmüddətli səfər etməyib. O əlavə edib: “Bu arada, Prezidentin xanımı, qızı və nəvəsi də səfər zamanı onu müşayiət ediblər ki, bu da onun Çinə olan xüsusi diqqətini və dərin dostluq hisslərini tam şəkildə əks etdirir. Nəticədə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının inkişaf etdirilməsi prosesində iki dövlət başçısının liderliyi daha da möhkəmlənib”.

Diplomat Çin və Azərbaycanın əsas maraqlarına və ciddi narahatlıqlarına toxunan məsələlərdə tərəflərin qəti şəkildə qarşılıqlı dəstəyini şərəfli ənənə, eləcə də hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təbii komponenti adlandırıb.

O vurğulayıb: “Prezident İlham Əliyevin ŞƏT sammitində və Çin Xalq Respublikasının Yaponiya təcavüzkarlarına qarşı müqavimət müharibəsində Qələbəsinin və dünya antifaşist müharibəsində qələbənin 80-ci ildönümünün qeyd edilməsi tədbirində iştirak etmək üçün Çinə səfəri, özlüyündə, Pekinin ŞƏT sədri kimi fəaliyyətinə verilən yüksək qiymət, həmçinin çoxtərəflilik, beynəlxalq bərabərlik və ədalətin qeyd edilməsi üzrə atılan əməli addımdır. Çinin Sədri Si Cinpin milli inkişaf strategiyalarının uyğunlaşdırılması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Çin tərəfi Azərbaycanla çoxtərəfli platformalarda əməkdaşlığı dərinləşdirməyə, bəşəriyyət üçün ortaq gələcəyi olan icmanın formalaşdırılması naminə Qlobal Cənubun ümumi maraqlarını təmin etməyə hazırdır”.

Lu Mey vurğulayıb: “Azərbaycan tərəfi vahid Çin prinsipinə qətiyyətlə yanaşır və “Tayvanın müstəqilliyinə” qarşıdır. Prezident İlham Əliyev “ŞƏT plyus” iclasında bildirib ki, Azərbaycan Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya üzrə təşəbbüslərini fəal şəkildə dəstəkləyir və Sədr Si Cinpinin təklif etdiyi Qlobal İdarəetmə Təşəbbüsünü alqışlayır”.

Diplomat daha sonra qeyd edib: “Praqmatik əməkdaşlıq potensialı da daha çox üzə çıxıb. Çinin Azərbaycandakı səfiri kimi, dərindən əminəm ki, Çin və Azərbaycanın praqmatik əməkdaşlıq üçün böyük perspektivləri və potensialı var. Sözügedən səfər zamanı iki ölkə liderləri praqmatik əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Sədr Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını intensivləşdirmək, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksəkkeyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyanın liberallaşdırılmasına və asanlaşdırılmasına kömək etmək, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını davamlı olaraq artırmaq, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı sektorlarında inkişafı təmin etmək, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək vacibdir. Resursların toplanması və ikitərəfli münasibətlər üçün möhkəm zəmin yaradılması məqsədilə təhsil, elmi-texniki, mədəniyyət, turizm, gənclər və regionlararası əməkdaşlığın gücləndirilməsi də zəruridir. Görüşdə dövlət başçıları, həmçinin süni intellekt, elmi və texnoloji innovasiyalar, maliyyə, media və digər sahələrdə ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayıblar ki, bu da əməkdaşlığın dərinləşməsinə yeni təkan verib”.

Səfir sözlərinə yekun vuraraq bildirib: “Gələcəyə nəzər saldıqda demək olar ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivləri və bu sahədə böyük ümidlər var. Çin tərəfi strateji istiqamət kimi dövlət başçılarının diplomatiyasını, həmçinin ən yüksək səviyyədə imzalanmış mühüm razılaşmaları rəhbər tutaraq Azərbaycan tərəfi ilə birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına təkan vermək məqsədilə müvafiq işlərin uğurla başa çatdırılması üçün bütün səylərini əsirgəməməyə hazırdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri