Icma.az
close
up
RU
Lu Mey: Çin Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı möhkəmləndi

Lu Mey: Çin Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı möhkəmləndi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 30 avqust-3 sentyabr tarixlərində Çində olub. O burada Şanxay Əməkdaşlıq Təşkilatının 2025-ci il Sammitində, həmçinin Çin xalqının Yapon işğalçılarına qarşı Müqaviməti və Dünya Antifaşist Müharibəsində Qələbəsinin 80 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Prezident İlham Əliyevi hava limanında yola salarkən o, səfərdən razılığını ifadə edib və Çin tərəfinin göstərdiyi səmimi və dostyana qəbula görə təşəkkürünü bildirib. Bu səfər Çin ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin iki ölkə arasındakı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu daha da zənginləşdirib".

Oxu.Az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə səfərinin nəticələrinə həsr olunan brifinqdə deyib.

O bununla bağlı bir neçə mühüm məqama xüsusi diqqət yetirib:

"Əvvəla, hər iki dövlət başçısının rəhbərliyi ilə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı daha da möhkəmləndi. Prezident İlham Əliyev indiyədək Çinə 8 dəfə səfər edib və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə 10-dan çox müxtəlif formatda görüş keçirib. Hər iki ölkə lideri yaxşı işgüzar münasibətlər qurublar və dərin şəxsi dostluq münasibəti yaradıblar. Si Cinpin Prezident İlham Əliyevi köhnə dostu adlandırıb. Məhz dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yüksələn xətlə inkişaf edir və artıq tarixdə ən yüksək səviyyəsinə çatıb. 31 avqustda, yəni Çinə səfərinin ertəsi günü Prezident İlham Əliyev Si Cinpinlə görüş keçirdi. Tərəflər iki ölkə arasında siyasi qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardılar. Görüşün yekununda bir sıra mühüm razılaşmalar əldə edildi. Si Cinpin qeyd etdi ki, Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda birgə addımlayan tərəfdaşlardır. Çin tərəfi Azərbaycanla əməkdaşlıqda yaxşı dinamikanı qoruyub saxlamağa, qarşılıqlı fayda və birgə inkişaf naminə yeni üfüqlər açmağa hazırdır. Dövlət başçılarının görüşü Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının növbəti mərhələsinin inkişaf istiqamətini müəyyənləşdirdi və iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə yeni təkan verdi".

Daha çox foto burada PhotoStock.az.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri