Luis Enrike: PSJ ni Enfild də əzab əziyyət gözləyir
Qol.az saytına istinadən Icma.az xəbər verir.
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinini ilk oyunları çərçivəsində "Liverpul"a qalib gəldikləri matç (2:0) haqqında danışıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis bu qələbənin onları arxayınlaşdırmamalı olduğunu deyib:
"Düşünürəm ki, bu nəticəyə layiq idik. Xüsusilə də ilk hissə çox çətin və gərgin oldu. Fasilədən sonra çoxlu qol şansları yaratdıq. Bu, təəssüf doğurur, çünki düşünürəm ki, ən azı bir qol daha vura bilərdik.
Bu gün stadiondakı atmosfer inanılmaz idi. İndi dincəlmək və Liverpuldakı növbəti oyun haqqında düşünməyin vaxtıdır. Gəldiyim ilk günlərdən bəri azarkeşlərlə komanda arasında bu əlaqəni görürəm. "Enfild"də oynamaq çox çətindir. Bizi orada əzab-əziyyət gözləyir".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.
Baxış sayı:128
Bu xəbər 09 Aprel 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















