Luis Enrike: “Qızıl top”u PSJ nin oyunçusunun qazanacağına ümid edirik”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın futbolçularının “Qızıl top”a namizədliyi barədə danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubunun 10 futbolçusunun mükafatın 30 namizədindən ibarət siyahıya düşməsini yüksək qiymətləndirib.
Siyahıda Usman Dembele, Aşraf Hakimi, Xviça Kvaratsxeliya, Markinyos, Nuno Mendeş, Joao Neveş, Vilyan Paço, Fabian Ruis, Ferran Torres və Vitinyanın adları yer alıb.
Luis Enrike hesab edir ki, siyahıya PSJ-nin digər futbolçusu Dezire Due də daxil edilməli idi.
“10 oyunçumuzun dünyanın ən yaxşı 30 futbolçusu sırasında olmasından çox şadıq. Qərar vermək imkanımız olsaydı, Dezire Dueyi də ora daxil edərdik. O, niyə siyahıda yoxdur?
Biz bütün oyunçularımızı müdafiə etməyə çalışırıq. Hesab edirik ki, bu kuboku qazanmağa layiqik. Bizim fəlsəfəmiz bütün oyunçuları qorumaqdır və həmişə sadiq olmağa çalışdığımız prinsip də məhz budur.
“Qızıl top”u kim qazanacaq? Ümid edirik ki, bu, PSJ-nin oyunçusu olacaq. Fərqi yoxdur, kim”, – deyə Luis Enrikenin sözlərini bildirib.
Mükafatlandırma mərasimi oktyabrın 26-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















