Luiz Silvadan siyasətçiyə sərt reaksiya
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Almaniyanın mühafizəkar siyasətçisi, ölkənin kansleri Fridrix Mersin Braziliya haqqında səsləndirdiyi tənqidi fikirlərə kəskin cavab verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Qeyd edək ki, Mers Belem şəhərində keçirilən BMT-nin iqlim sammitindən qayıdarkən bildirib ki, “orada qalmaq istəyən jurnalist olmayıb” və hamı Almaniyaya dönməyə tələsib. Bu açıqlama Braziliyada etirazla qarşılanıb.
Luiz Silva cavabında deyib ki, Mers Braziliyanın mədəniyyətini və Paranın zənginliyini anlamadan ölkəni qiymətləndirir: “O, Parada rəqs etsəydi, mətbəximizi dadsaydı, Berlinin Paranın keyfiyyətinin 10 faizini belə verə bilmədiyini görərdi”.
Paranın qubernatoru da Mersin fikirlərini hörmətsizlik adlandırıb və Amazonun istisindən şikayət edənlərin “iqlim dəyişikliyinə səbəb olan ölkələr” olduğunu xatırladıb.
Zeynəb Rzayeva
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















