Lukaku Lion a qarşı ilk oyunu buraxacaq!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi Çempionlar Liqasının təsnifat mərhələsində artıq iki rəqibi keçməyi bacaran ''Fənərbaxça'' pley-offda ''Lion'' ilə qarşılaşacaq.
Böyük maraqla gözlənilən bu duelin ilk oyunu avqustun 18-də İstanbulda, cavab oyunu avqustun 26-da Fransada keçiriləcək. Bu arada ''Fənər''in UEFA-ya göndərdiyi iştirak ərizəsində müəyyən dəyişikliklər var. Əvvəlki mərhələ ilə müqayisədə zədəli Ceyden Oostervolde ilə Entoni Musabanın adı ərizədə yoxdu. Ən əsası yeni transfer Romelu Lukakunun adı iştirak ərizəsinə salınmayıb.
Düzdü, İstanbul nəhənginin ilk oyunun başlamasına 24 saat qalana qədər ərizədə 2 dəyişiklik etmək haqqı var. Amma böyük ehtimalla Lukaku ən azı ilk oyunu buraxacaq.
Yeri gəlmişkən, belçikalı ulduza yeni klubunda ''9'' nömrəli forma verilib. Bu nömrənin əvvəlki sahibi Kərəm Aktürkoğlu isə bundan sonra ''Qalatasaray''da olduğu kimi ''7'' nömrəli forma ilə oynayacaq. ''Benfika''da isə Kərəm ''17'' nömrə ilə oynayırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















