Lukaşenko Putindən Oreşniki Belarusda yerləşdirməyi xahiş edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən "Oreşnik" raket sistemini Belarusda yerləşdirməyi xahiş edib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Putin cavab verib ki, Rusiyanın "Oreşnik" kompleksi 2025-ci ilin ikinci yarısında Belarusda yerləşdirilə bilər.
Xatırladaq ki, noyabrın sonunda V.Putin Rusiyanın yeni hazırladığı "Oreşnik" hipersəs raketi ilə Ukraynaya zərbə endirildiyini bəyan etmişdi.
Baxış sayı:87
Mənbə:https://oxu.az