Icma.az
close
up
RU
“Lukaşenko Rusiya Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə...”

“Lukaşenko Rusiya Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə qəfil səfəri siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Lukaşenkonu xəbərdar etmişdi. Zelenski söyləmişdi ki, Lukaşenko ölkəsinin ərazisindən Rusiyanın Ukraynaya dron və raket zərbələrinə dəstək verən stansiyaların fəaliyyətini dayandırmasa, Ukrayna qonşu ölkəyə zərbə endirəcək”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, Zelenskinin açıqlaması açıq-aşkar Lukaşenkonu qorxutdu:

“Çünki, Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusdə istənilən hədəfi neytrallaşdırmaq imkanına malikdir. Belaruslu generallar isə qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko bilir ki, Ukraynanın ölkəsinə zərbələri onun hakimiyyətini zəiflədəcək. Odur ki, Aleksandr Lukaşenko ard-arda açıqlamalar verməyə başladı, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə Ukrayna Prezidentindən üzr istədi. Lukaşenko “biz müharibə istəmirik” fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı. Bundan sonra Zelenski açıqlama verdi ki, Belarus ərazisindəki stansiyalar fəaliyyətlərini dayandırıblar”. 

O, deyib ki, bu ancaq bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəldi:

“Rusiya Ukraynaya qarşı müharibədə Belarus ərazisinin imkanlarından imtina etmək istəmir. Buna görə də Putin Lukaşenkonu Kremlə çağırdı. İkili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata məlumat vermədilər. Beləliklə, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır. Belarus Prezidenti belə vəziyyətdə Pekinə səfər etməyi lazım bildi. Lukaşenko sonuncu dəfə Çində 2025-i ilin sentyabrında olub, həmin tarixdə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Çin lideri Si Cinpin dostum adlandırdığı Lukaşenkoyla söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirib”. 

E.Şahinoğlu bu mesajın nə demək olduğunu belə izah edib:

“Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq? Çətin. Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kremli və ya Minski dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır. Misal üçün Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus Prezidentinə “Sən müharibəyə qarışma, kənarda qal” məsləhətini verə bilər. Ancaq Çin lideri açıq şəkildə bildirib ki, Çin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırdır. Pekinin sözdə dəstəyi heç nə ifadə etmir. Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə, Çin Belarusun köməyinə gəlməyəcək”.

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri