Icma.az
close
up
RU
“Lukaşenko üzr istəməyib” Belarus Zelenskinin iddialarını yalanladı AzPolitika onlayn siyasiictimai qəzet

“Lukaşenko üzr istəməyib” Belarus Zelenskinin iddialarını yalanladı AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Belarus Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəməsi ilə bağlı iddiaları rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont jurnalistlərə açıqlama verib.

O, açıqlamasında bildirib ki, Zelenskinin “üzr istəmək”lə bağlı iddialarının doğru olmadığını bildirib.

“Belarus Prezidenti Aleksandr Lukaşenko Zelenskidən üzr istəmədi. Çünki üzr istəməyimiz üçün heç bir əsas yox idi. Əvvəla, xatırladığımız kimi, Ukrayna ABŞ və bütün Qərbdən əvvəl Belarusa qarşı sanksiyalar tətbiq edən ilk ölkə idi”, -deyə o, qeyd edib.

İki ölkə liderləri arasında telefon danışığının Lukaşenkonun kiçik oğlu Nikolayın emosional reaksiyası səbəbindən baş tutduğunu bildirən Eysmont Belarus liderinin Zelenskini danışıqlar masasına oturmağa çağırdığını bildirib.

Lukaşenkonun münaqişənin Zelenskinin siyasətindən qaynaqlandığına şübhə etmədiyini vurğulayan Eysmont, “Əgər Zelenski Qərb idarəçilərinə daha az qulaq assa və xalqının maraqlarını rəhbər tutsaydı, o zaman bu müharibənin qarşısı alına bilərdi”,-deyə bildirib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-dən olan podkaster Lex Fridmana müsahibə verən Zelenski Rusiya-Ukrayna müharibəsinin ikinci və ya üçüncü günündə Lukaşenko ilə telefonda danışdığını və bu zaman Belarus lidernin ondan üzr istədiyini bildirmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri