Icma.az
close
up
RU
Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib

Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib. Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrlə yanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpü vasitəsilə təqdim edilib.
Newscenter.az xəbər verir ki, mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”
Nazir onu da əlavə edib ki, daha bir strateji və regional əhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə Azərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin ötürülməsi üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri