Icma.az
close
up
RU
Lukoil dalana dirənib: Aktivlərini satsa da təhlükə var, satmasa da

Lukoil dalana dirənib: Aktivlərini satsa da təhlükə var, satmasa da

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın 21 noyabr sanksiya müddətinə az qalmış, Rusiyanın “Lukoil” şirkətinin Misirdən Qazaxıstana qədər olan xarici aktivləri alıcıların diqqətini cəlb edir.

Bizimyol.info xəbər verir ki, ABŞ Ukrayna ilə bağlı təzyiq məqsədilə “Lukoil”ə sanksiya tətbiq edib və şirkətin xarici aktivləri Gunvor treyderinə satmaq cəhdini artıq bloklayıb. Sanksiyalar İraq, Finlandiya və Bolqarıstandakı əməliyyatlara da ciddi təsir göstərib.

Şirkət zəiflədikcə hökumətlər və tərəfdaşlar onun aktivlərini ucuz qiymətə almağa çalışırlar. “Lukoil” mövzu ilə bağlı şərh verməyib.

Qazaxıstanın dövlət şirkəti "KazMunayGas" ölkədəki Lukoil aktivlərini almaq imkanını araşdırır. "Lukoil" Karaçaganak qaz-kondensat yatağında "Eni", "Shell", "Chevron" və "KazMunayGas" ilə ortaqdır. Energetika Nazirliyi bildirib ki, yeni tərəfdaşlıq sanksiyalar nəzərə alınmaqla layihə iştirakçıları tərəfindən müəyyən olunacaq.

"Shell"in Qana və Nigeriyadakı "Lukoil"ə məxsus dərin dəniz blokları ilə maraqlandığı deyilir. Misirdə isə "Lukoil" üç konsessiyasını satmağı hökumətə ehtimal kimi bildirmişdi.

Moldova hökuməti Kişinyov hava limanındakı "Lukoil" infrastrukturunun milliləşdirilməsinə dair danışıqlara başlayıb. Bolqarıstan isə "Lukoil"in "Burgas" neft emalı zavodunu ələ keçirməyə hazırlayır. "SOCAR" və Türkiyənin "Cengiz Holdinq"i sanksiyalardan əvvəl zavod üçün birgə təklif vermişdi. "Cengiz Holdinq"in alqı-satqını davam etdirmək istədiyi bildirilir.

Ekspert Sergey Vakulenko bildirir ki, "Lukoil" çətin seçim qarşısındadır: aktivləri satarsa, gəlirlər ABŞ tərəfindən dondurula bilər; satmaqdan imtina edərsə, bəzi aktivlər dövlət tərəfindən ələ keçirilə və ya dondurula bilər. Başqa ekspert Igor Yuşkovun fikrincə, şirkət tələsməməlidir: “Əgər aktivlər dondurularsa, qoy belə də qalsın. Münaqişə bitəndən sonra sanksiyalar yumşala bilər”, - deyib.

Lukoil, Almaniyanın 2022-ci ildə “Rosneft”ə məxsus üç zavodu dövlət nəzarətinə götürməsinə baxmayaraq şirkətin mülkiyyət hüququnu qoruyub saxladığı modeli təkrarlamağa cəhd edə bilər.

Vakulenko: “Ya aktivləri özün satıb gəlirin sənə çatacağına ümid edirsən, ya da mülkiyyəti qorumağa çalışırsan”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri