Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

“Lukoil in gələcəyi yoxdur, onun qanadlarını kəsiblər” Seçin tezliklə Ələkbərovun şirkətini ələ keçirə bilər

“Lukoil in gələcəyi yoxdur, onun qanadlarını kəsiblər” Seçin tezliklə Ələkbərovun şirkətini ələ keçirə bilər

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Vahid Ələkbərovun “Lukoil” şirkəti bu gedişlə Rusiyanın Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsinin ən böyük “biznes qurbanı” ola bilər. ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən xaricdəki aktivlərini dəyər-dəyməzinə satmaq məcburiyyətində qalan şirkət hətta buna da nail ola bilmir. Bu da azmış kimi, Rusiya daxilində “Lukoil”-ə göz dikən “əjdahalar” baş qaldırıb.

Nəticədə ABŞ “Lukoil”-in beynəlxalq neft treyderi “Gunvor”-a satılmasını təsdiqləməkdən imtina etdikdən sonra şirkət həm beynəlxalq aktivlərini, həm də Rusiyadakı biznesini itirmək təhlükəsi ilə üz-üzədir.

Qərb mətbuatı yazır ki, vəziyyətdən istifadə edən bir çox ölkələrdə hakimiyyət orqanları “Lukoil”-in neft emalı zavodlarını, yanacaqdoldurma məntəqələrini və yataqlarını ələ keçirə bilər. “Lukoil” Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir və BƏƏ-də, eləcə də Latın Amerikası, Qərbi və Mərkəzi Afrikada bir çox layihələrdə iştirak edir. O Bolqarıstan, Rumıniya və Hollandiyada neft emalı zavodlarına, Avropa İttifaqı və ABŞ-də yanacaqdoldurma məntəqələri şəbəkəsinə, Moldovada təyyarə yanacaqdoldurma kompleksinə və "Litasco" neft ticarəti şirkətinə sahibdir.

Artıq “Lukoil”-in xaricdəki ən böyük neft emalı zavodlarından birinin yerləşdiyi Bolqarıstanda hakimiyyət “milli təhlükəsizlik səbəbləri ilə” həmin zavoda nəzarəti ələ keçirməyə və ona müvəqqəti idarəçi təyin etməyə imkan verən qanunu təsdiqləyib. Rumıniya hökuməti də eyni yolla gedir. Rumıniya Enerji naziri Boqdan İvan deyib ki, “hökumət 5000 işçinin iş yerini qorumaq və milli enerji sisteminin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün neft emalı zavodu və yanacaqdoldurma məntəqəsi şəbəkəsi də daxil olmaqla Lukoil-in yerli aktivlərini nəzarətə almalıdır".

Moldovada “Lukoil” şirkəti Kişinyov hava limanındakı yeganə təyyarə yanacaqdoldurma kompleksinə və yanacaq saxlama məntəqəsinə sahibdir. Burada hökumət ABŞ-yə sanksiyaları müvəqqəti olaraq dayandırmağı və şirkətin aktivlərini almağı təklif edib.

Həmçinin, şirkət dünyanın ən böyük neft yataqlarından biri olan Qərbi Qurna-2-ni 75% payla işlətdiyi İraqda, hökumət bütün nağd pul və neft ödənişlərini dayandırdıqdan sonra “Lukoil” fors-major vəziyyət elan etməyə məcbur oldu. Xarici neft emalı zavodlarının itkisi “Lukoil”-i ümumi neft emalı gücünün təxminən 25%-indən məhrum edəcək. “Lukoil” şirkətinin maliyyə hesabatlarına əsaslanan “Financial Times”-ın hesablamalarına görə, şirkətin nəzarət payına sahib olduğu xarici törəmə şirkətlərinin minimum aktiv dəyəri 14 milyard avrodur. Bu aktivlərin itkisi Putinin Ukraynadakı müharibəsi nəticəsində Qərb sanksiyalarına məruz qalan Rusiya şirkətləri arasında ən böyük itki olacaq.

“Lukoil”-i Rusiyada da “pay-pürüş etmək” istəyirlər. Rusiya mediası yazır ki, Vladimir Putinin ən yaxın adamlarından biri olan Rosneft-in baş direktoru İqor Seçin uzun müddətdir ki, “Lukoil”-ə göz dikib. “Lukoil”-in iyirmi il ərzində fəal şəkildə inkişaf etdirdiyi və gəlirli bir biznesə çevirdiyi beynəlxalq bölməsi olmadan, şirkətin Rosneft-in dominantlıq etdiyi Rusiya bazarındakı perspektivləri son dərəcə məhdud görünür. Məsələn, 2000-ci illərin əvvəllərində Rusiya Energetika nazirinin müavini vəzifəsində işləmiş Vladimir Milov “Lukoil”-in düşdüyü vəziyyətlə bağlı deyib: “Rusiya daxilində hər şey “Rosneft” və “Qazprom Neft”-ə verilir, beynəlxalq bazar artıq “Lukoil” üçün bağlıdır. “Lukoil”-in biznesdə gələcəyi yoxdur. Şirkətin qanadları kəsilib".

Rusiyanın biznes dairələrində isə şayiələr yayılır ki, dövlətə məxsus “Rosneft”, nəhayət, Rusiyanın ən böyük özəl neft şirkəti olan Lukoil-ə nəzarəti ələ keçirə və bununla da Putinin rəhbərliyi altında neft sənayesinin əsas hissəsinin dövlətin əlinə keçirilməsi başa çatdırıla bilər.

Rusiya enerji sektorunun nümayəndələrinin sözlərinə görə, Seçin heç vaxt “Lukoil”-i ələ keçirmək fikrindən əl çəkməyib. Bir neçə aydan bir o, yuxarılara yeni təkliflə müraciət edib. Lakin heç bir nəticə əldə edilməyib. Putin indiyə qədər Seçinin “Lukoil”-i ələ keçirmək cəhdlərinin qarşısını dəfələrlə alıb. Lakin indi çoxları “Rosneft” rəhbərinin artıq həlledici hücuma keçə biləcəyinə inanır. Bu isə o deməkdir ki, çox yaxın gələcəkdə “Lukoil”-in kitabı tamamilə bağlana bilər…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri