Icma.az
close
up
RU
Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir

Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərindən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Luksembuq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nünunədir. 196 dövlət Bakı iqlim platformasında bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur, aktual dünya siyasətinin reallığından uzaq düşmüş luksemburq parlamentariləri isə məhz buna ev sahibliyi edən ölkəni-Azərbaycanı yenidən şantaj etməklə məşğuldur.

Qətnamədə Azərbaycan Respublikası Prezidentinin hədəf alınması onun COP29-un Liderlər Sammitinin açılış mərasimində və COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqqlı və cəsarətli fikirlərindən sonra təəccüb doğurmur. Əksinə faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdə təkziblounmaza faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox cddi narahat edir. Bu neokolonialist qüvvələrin əlində alət olub Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə bu xalqların yanında olmaq Luksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu təkcə ədalətin dəstəklənməs deyil, həm də beynəlxaql hüquqa hörmətin nümayişi olardı.

Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarınının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Luksemburq Parlamentinin Qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.

Azərbaycanda hüquqi dövlətçiliyin inkişafını hədəfləyən absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP Atəşkəsi” təşəbbüsünə 1200 -dən çox təsisat, qeyri-hökuməti təşkilatı, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlərlə təsissatları təmsil edən on minlərlə insanın ölkəmizdə fəliyyəti bu abursd ittihamlara ən tutarlı cavabdır.

Luksembuq Parlamentinin qətnaməsi eyni zamanda Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişdir. Azərbaycanın Ermənistanın beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra 

bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Luksemburq Parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Məhz Azərbaycan Respublikası Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursunun nəticəsində 30 il müddətində Ermənistan tərəfindən pozulan və Luksemburq tərəfindən heç vaxt gündəmə gətirilməmiş beynəlxalq hüququn prinsipləri bərpa edildi, regionda sabitlik və uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı.

Ermənistanın barbar işğalının nəticələrindən biri də Azərbaycanın 12% ərazisinin 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güctətbiq edilərək qovulan və iztirablar yaşamım yüz minlərlə Azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün də geri qayıda bilmir. Bu insanların haqları isə luksemburqlu parlamentariləri heç vaxt düşündürməmişdir.

Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə regionu real məşğul edən məsələlərin həllinə dəstək verməsi Luksemburq Parlamentinə hörmət qazandırar. Ermənpərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə edilmək regionun xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xdimət etmir.

Luksemburq Parlamentinin reallıqları təhrif edən və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir və luksemburqlu həmkarları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see239

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see151

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see126

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see125

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see123

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see121

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see120

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri