Icma.az
close
up
RU
Lüləkabab turizmi, yoxsa qazanc?

Lüləkabab turizmi, yoxsa qazanc?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycandakı hotellərin 76%-i boş qalıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. 

Komitənin hesabatında qeyd olunub ki, ölkə hotellərinin birdəfəlik tutumdan istifadə səviyyəsi 24%-ə bərabər olub. Məlumata görə, ən çox tutuma malik olan Şabran hotelləri olub. Rayon üzrə hotellərin 62,9%-i dolub. Naftalanda 46,1%, Bakıda 39,3% təşkil edib. Hotelləri ən çox boş qalan rayonlar isə Neftçala (99,5%), Lerik (99,4%), Daşkəsən (99,2%), Gədəbəy (98,7%), Oğuz (98,3%), Qazax (97,8%) və Ağsu (97,2%) rayonları olub. Hesabat dövründə 30 rayonun hotellərinin 90%-dən çoxu boş qalıb. Qeyd edək ki, ölkədə turizmin inkişafı prioritet olsa da bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur.

Ötən illər ərzində bu sektorun inkişafı istiqamətində müxtəlif dövlət proqramları qəbul olunsa da ən çox turist ölkəyə 2019-cu ildə gəlib ki, bu da 3 milyona yaxın olub. Hazırda isə bu sahədə mövcud problemi əsasən quru yollarının bağlı olması ilə əlaqələndirirlər. Ancaq bu da bir faktdır ki, qonşu Türkiyəyə ötən il 60 milyon turist gəlib ki, onların əksəriyyəti hava nəqliyyatından istifadə edib. Bu, onu göstərir ki, kağız üzərində layihələr hazırlamaqdansa, real işə keçmək lazımdır. Əks təqdirdə, ölkədə turizm elə yerində sayacaq. 

Bəs illər keçməsinə baxmayaraq niyə ölkədə turizm inkişaf etmir? 

“Rayonların öz hekayəsi olmalıdır”

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”- ə bildirib ki, əslində bu statistikanın bir çox tərəfdən dəyərləndirilməsində yararlıdır: 

“Birincisi, yoxlamaq lazımdır ki, hotellərin bütün qonaqları qeydiyyata almaq məsələsi həlini tapıbmı? Bu, ciddi bir problemdir. Çox zaman hotellər vergidən yayınmaq üçün qonaqları rəsmi qeydiyyatdan keçirmirlər. Bu məsələ ilə bağlı monitorinq aparmağa ehtiyac var. 

İkincisi, rayonların özlərinin hekayəsi olmalıdır ki, oraya turist də gəlsin. Elə rayonlar var ki, aran rayonlarıdır. Məsələn, Hacıqabul, Şirvan, İmişlinin heç bir hekayəsi yoxdur və oraya turist niyə getsin? Gərək onların hekayəsi olsun, tarixi abidələri tapılsın, reklam olunsun. Necə ki, gürcülər 20-25 ildir bu işlə məşğuldurlar. Balaca bir kənddə belə, balaca bir abidə tapırlar, onu rekonstruksiya edirlər, bütün dünyaya tanıdırlar və turizm axınına səbəb olur. Çünki turist hekayəyə bağlıdır”.

Qiymət ona görə bahadır ki…

Üçüncüsü, qiymət problemi var:

“Ölkə daxilində hotellərin qiymətində kifayət qədər yüksək qiymətlər görürük. Dövlət Statistika Komitəsi hər 6 aydan bir açıqlayır ki, hotellərdə gecələmə qiymətləri 15-20 faiz bahalaşıb. Bu, qətiyyən doğru deyil, yanlış yanaşmadır. Başqa bir məsələ ondan ibarətdir ki, regionlarda uzun illər ərzində 5 ulduzlu hotellərin tikilməsinəçalışıldı.Onların da saxlanılması baha başa gəldiyindən, çox baha qiymətə də xidmət təklif edirlər. Ancaq 2-3 ulduzlu kiçik butik hotellərə ehtiyac var. 

Azərbaycanda bu problem də özünü göstərir. Doğrudur, quru yollarının bağlı olmasının da müəyyən təsiri var. Ancaq bu daha çox sərhədyanı rayonlara təsir edə bilər. Məsələn, Şəki, Zaqatala, Balakən, Qazaxa, yaxud İranla, Rusiya ilə sərhəd rayonlara təsir edə bilər. Ancaq quru yolları ilə yanaşı, qeyd etdiyim problemlər turizmin inkişafına mane olan səbəblərə çevrilir”. 

Azərbaycanda turizmdə çalışanların sayı 20 mini keçmir

Ekspertin sözlərinə görə, Azərbaycanda indiyədək turizmin inkişafı istiqamətində onlarla dövlət proqramları qəbul olunub: 

“Regionların sosial-iqtisadi inkişaf proqramları da qəbul olunub. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, 105 milyard manat xərclənib. Biz onun geridönüşünü bu günə qədər büdcə fəaliyyətində, büdcənin doldurulmasında görmüşükmü, yaxud ümumi daxili məhsulda rayonların payı artıbmı? Bu proqramların qəbul olunması azdır, onun yerinə yetirilməsi mexanizmləri olmalıdır. Turizmin inkişafının qarşısında duran problemlər təsbit olunmalıdır ki, onlar aradan qaldırılsın. Bu da rəqabət mühitinin artması ilə əlaqəlidir. Vətəndaşın turizmdən pul qazanmasını təmin edən proqramlara ehtiyac var. Məsələn, Gürcüstanda birbaşa və dolayı yolla əhalinin 27 faizi turizmlə əlaqəli çalışır. 

Türkiyədə 11 milyon insan birbaşa və dolayı yolla bu sektorda işləyir. Bu, o deməkdir ki, onların özü turizmdə inkişafda maraqlıdırlar. Azərbaycanda turizmdə çalışanların sayı 20 mini keçmir. Bu, o deməkdir ki, əhalinin çox az bir hissəsi bu sahəyə inteqrasiya olunur. Elə etmək lazımdır ki, daha çox ailələr, ailə turizmi , ailə hotelləri, turizmlə məşğul olan kiçik şirkətlərin sayı getdikcə artsın və dövlət buna tam dəstək verməlidir. Dövlət ancaq 5 ulduzlu hotellərin tikilməsi ilə maraqlanmamalıdır. Daha çox kiçik hotellərin tikilməsində maraqlı olmalıdır ki, bu da turizmin inkişafına ciddi təsir göstərən amilə çevrilsin”. 

O ki qaldı 2030-cu ilə qədər turist sayının 4 milyona çatdırılması hədəfinə, ekspertin fikrincə hədəfi yüksək qoymaq olar: “Ancaq hədəfə çatmaq üçün potensial varmı? Azərbaycanda ümumi hotellərin və yataq yerlərinin sayı 12 mindən çox deyil. Ancaq Türkiyədə milyonlarladır. Gürcüstanda 100 mindən çoxdur. 

Bu hədəfə çatmaq üçün infrastruktura da nəzər salmaq lazımdır. Turizmin əsas aparıcı qüvvəsi reklamdır, hekayə quruculuğudur. Məsələn, Gürcüstanda hər bir kəndə bir kilsəni təmir ediblər və ona da bir hekayə uydurublar. Bəzən heç həqiqətlə əlaqəsi yoxdur. Deyirlər ki, bu, XIV, XV əsrdən qalıb. Burada hansısa gürcü çarı gəlib kilsədə xidmət göstərib, yaxud burada yunanlar, romalılar olub. Yəni belə hekayələr qururlar. Bizdə bu hekayə quruculuğu yoxdur. Biz elə düşünürük ki, mətbəximizlə, lüləkababla turist cəlb edə bilərik. Bu,yanlış təsəvvürdür”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az" 

Açar sözlər: hotellər qiymət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see293

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see277

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see273

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see268

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see261

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see247

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see242

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see242

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see239

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see238

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see232

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see226

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see224

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see216

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see214

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see209

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see204

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see193

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see183

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri