Icma.az
close
up
RU
Maaşını ala bilmədiyini deyən işçiyə cavab “Dərslərdə telefonla oynayırdı”

Maaşını ala bilmədiyini deyən işçiyə cavab “Dərslərdə telefonla oynayırdı”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Bir müddət CDC Klinik Uşaq İnkişaf Mərkəzində çalışmışam. İşlədiyim müddətdə əmək müqaviləsi bağlanmayıb və məcburi şəkildə müqaviləsiz işlədilmişəm. İndi də maaşımı ala bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş İsmət Əkbərov müraciət edib. 

O iddia edir ki, artıq 2-3 aydır maaşını ala bilmir: “Mərkəzin sosial platformalarında mənim fəaliyyətimlə bağlı çəkilişlər sonradan silinib. Halbuki əlimdə orada uşaqlara dərs keçməyimlə bağlı materiallar mövcuddur. Mənim maaşım ödənilməyib. Amma uşaqların mənim adıma dərsə cəlb olunması və ödənişlərin toplanması faktları var. Artıq 2-3 aydır əməkhaqqımı ala bilmirəm. Bu müddət ərzində 1270 manat məbləğində maaşım ödənilməyib. Qeyd edim ki, bu hal tək mənimlə bağlı deyil, digər həmkarımın da maaşı ödənilmir”.

İddialarla bağlı CDC Klinik Uşaq İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin direktoru Ümidə Kəngərli saytımıza bildirdi ki, İ.Əkbərov sınaq müddəti keçib: “Biz onu rəsmi olaraq işə götürəcəkdik. Sınaq müddətində İsmət bəy tərəfindən bəzi problemlər yarandı. İş saatı 10:00-dan 16:00-a kimidir, ancaq o, hər dəfə müxtəlif bəhanələr edərək tez-tez işdən qalırdı. Ona xəbərdarlıq etdiyimiz halda dərslərdə telefonla oynayır, uşaqlara laqeyd yanaşırdı. Bizim sahəmiz autizmli uşaqlarla bağlı olduğuna görə ikiqat məsuliyyətli olmalıyıq. İsmət bəydə məsuliyyət və ehtiyat yox idi. Sınaq müddətində olmasına baxmayaraq, ona maaş da verirdik. Ödənişlər şəxsi kartına gedirdi. Daxildə nizam-intizam qaydalarına uymadığına və birbaşa mərkəzin təhlükəsizlik kamerasına müdaxilə etdiyinə görə mən ona məlumat verdim ki, “işdən azadsınız və özünüzü doğrultmadığınız üçün rəsmi tərəfinə artıq keçilməyəcəksiniz”. 

Ümidə Kəngərli deyir ki, müəllim işinə laqeyd yanaşdığına görə bir çox valideyn də şikayətçi olub: “2-3 ay maaşının verilməməsi ilə bağlı iddiaları isə absurddur. Bizdə 2 ay işləyib və bu müddət ərzində maaşı vaxtlı-vaxtında verilib. Hətta İsmət bəy bizdən xahiş etmişdi ki, külli miqdarda borcu olduğuna görə maaş ayın 1-i verilsin. Maaş bir gün gecikəndə yazırdı ki, “sən mənim maaşımı verməmisən, mən işə gəlmirəm”. Bu səbəbdən dərslər yarımçıq qalırdı və valideynlər bundan narazı idilər. Maaşının hər ay verilməsini sübut edəcək qəbzlər də var. Hazırda etdikləri isə qərəzli şəkildə atılan addımlardır. Onun həyat yoldaşı da bizdə işləyirdi, işindən çox razı idim. Lakin İsmət bəyin qərəzli davranışlarına görə xanımı da işdən çıxarmaq məcburiyyətində qaldım. Bu, xanım tərəfindən də normal qarşılandı”. 

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti ilə bağlı hal artıq nəzarətə götürülüb və araşdırma aparılır: “İşəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir. 

Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir. Əmək hüquqları pozulan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi formada müraciət edə bilərlər. Xidmət müraciətlərə “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən baxır. Əmək hüquqları pozulan şəxslər Xidmətə elektron qaydada ([email protected] , sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Sevlana Məmmədova 107) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142”  Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bütün müraciətlər operativ cavablandırılır”. 

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri