Icma.az
close
up
RU
“Maaşlar artmasa, bu biznes dövriyyəsini azaldacaq” İqtisadçı

“Maaşlar artmasa, bu biznes dövriyyəsini azaldacaq” İqtisadçı

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

2026-cı il dövlət büdcəsi ilə bağlı əsas müzakirə mövzularından biri vergi güzəştlərinin ləğv edilməsidir. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik təkcə dövlət gəlirlərinə deyil, həm də əmək bazarına, biznes mühitinə və sosial təminat sisteminə birbaşa təsir göstərəcək.

Metbuat.az xəbər verir ki, iqtisadçı Elman Sadıqov açıqlamasında bildirib ki, vergi güzəştlərinin ləğvi müzdlu müqavilə ilə işləyən əhalinin nominal gəlirlərini azaldacaq. Onun sözlərinə görə, maaşlar artmadığı halda bu dəyişiklik biznes mühitində dövriyyənin azalmasına səbəb ola bilər:

“Vergi güzəştlərinin ləğvinin pensiya fonduna ödənişlərin azalması isə uzunmüddətli dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə, əhalinin pensiya təminatına mənfi təsir göstərəcək. Riskləri minimuma endirmək üçün hökumətin qabaqlayıcı addımlar atması vacibdir. Vergi güzəştlərinin ləğvinin biznes mühitinə mənfi təsirini yumşaltmaq üçün indidən müvafiq tədbirlərin düşünülməsi və elan olunmasına ehtiyac var”.

Sadıqov büdcə xərcləmələrinin səmərəliliyinin də mühüm faktor olduğunu vurğulayıb:
“Burada əsas məsələ şəffaflıq və səmərəlilikdir. Çünki siz pulu rəsmi və şəffaf xərcləyə bilərsiniz, amma bu, onun səmərəli xərclənməsi demək deyil. Büdcə xərclərinin effektivliyi iqtisadi artım üçün həlledici amildir”.

İqtisadçının sözlərinə görə, sadəcə qənaət rejimi kifayət etmir, genişləndirici fiskal siyasət də zəruridir:
“İnvestisiya yönümlü xərclərin artırılması və özəl biznes layihələrinə şəffaf dəstək verilməsi olmadan daralmanın dərinləşməsi mümkündür. Əks halda, iqtisadi kiçilmə daha da artacaq.Bu proses digər sektorlara da təzyiq göstərə, iqtisadi dəyər itkisinə səbəb ola bilər. Əgər fiskal və monetar siyasətlər bir-birini tamamlamasa, indiyə qədər bir çox illərdə olduğu kimi, bir siyasətin müsbət təsirləri digərinin yanlış addımları ilə zəiflədilə bilər. Gələn ildə iqtisadiyyatda daralma və ya genişlənmə olacaqsa, bunun cavabı məhz bu koordinasiyadan asılı olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri