Icma.az
close
up
RU
Maaşlarda artım olacaq? AQC sədrindən VACİB AÇIQLAMA

Maaşlarda artım olacaq? AQC sədrindən VACİB AÇIQLAMA

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"2026-cı ildə Azərbaycanda minimum əməkhaqqı artırılmasa da, ilin sonuna qədər əməkhaqqı bazasında dəyişikliklərlə bağlı gözləntilər qalır".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, pensiyalarda müvafiq indeksləşdirmə aparılsa da, minimum əməkhaqqının artırılması məsələsi hələ gündəmdədir:

"2026-cı ildə əməkhaqqı bazasında artımın təxminən 10 faizə qədər olması mümkündür.

2027-ci ildə isə minimum əməkhaqqının dəyişdirilməsi isə 2026-cı ilin yekun orta aylıq əməkhaqqı göstəricisindən asılı olacaq. İl başa çatmadığı üçün hazırda növbəti il üzrə konkret artım faizi barədə dəqiq proqnoz vermək mümkün deyil.

Ənənəvi indeksləşmə göstəricisinin də 10 faizdən aşağı olması ehtimal edilir. Bununla belə, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə gedən iqtisadi proseslər minimum əməkhaqqının daha ciddi şəkildə artırılmasını zəruri edə bilər.

Hazırda qüvvədə olan 400 manatlıq minimum əməkhaqqı ölkədəki real iqtisadi vəziyyəti tam əks etdirmir. 2026-cı ilin ilk dövründə orta aylıq əməkhaqqının 1100 manatdan yüksək olduğu nəzərə alınarsa, minimum əməkhaqqının bu məbləğin təxminən 60 faizi səviyyəsində, yəni 660 manat civarında olması daha məqsədəuyğundur.

Minimum əməkhaqqı baza göstəricisi kimi çıxış etməlidir. Bu halda əməkhaqlarının real inflyasiya və ölkənin iqtisadi vəziyyətinə uyğunlaşdırılması üçün daha geniş imkan yaranar".

AQC sədri əlavə edib ki, 400 manatlıq minimum əməkhaqqı mövcud istehlak xərcləri, ərzaq və qeyri-ərzaq məhsullarının, yanacağın, kirayə haqlarının və digər xidmətlərin qiymətləri fonunda kifayət qədər adekvat göstərici deyil: "Həm 2026-cı ilin sonuna qədər, həm də 2027-ci ildə minimum əməkhaqqının mərhələli şəkildə artırılması və təklif olunan 660 manatlıq səviyyəyə yaxınlaşdırılması mümkündür".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Sentyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri