Macarıstan XİN rəhbəri sənədlərin məhv edilməsi iddialarını rədd edib
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkədə keçirilən son seçkilərdən sonra yaranan qalmaqallı iddialara münasibət bildirib.
Moderator.az xəbər verir ki, o, Xarici İşlər Nazirliyində (XİN) sənədlərin məhv edilməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Nazir bildirib ki, seçki gecəsi hakim Fides partiyasının qərargahına gec gəlməsi qəsdən olmayıb və həmin vaxt ailəsi ilə olub.
Onun sözlərinə görə, bu məsələ ətrafında yayılan fərziyyələr əsassızdır.
Bundan əvvəl mediada Xarici İşlər Nazirliyində “təmizləmə” aparıldığı, o cümlədən sanksiyalarla bağlı sənədlərin məhv edildiyi iddia olunmuşdu. XİN rəhbəri isə bu məlumatları inkar edərək belə proseslərin getmədiyini vurğulayıb.
Nazir əlavə edib ki, hökumətin xarici siyasəti daxili siyasi proseslərə müəyyən təsir göstərə bilər, lakin Macarıstanın Rusiyaya həddindən artıq yaxınlaşdığı fikri ilə razılaşmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 16 Aprel 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















