Icma.az
close
up
RU
Macarıstanda meşə sahələrini artırmaq qərara alınıb

Macarıstanda meşə sahələrini artırmaq qərara alınıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Budapeşt, 5 oktyabr, AZƏRTAC

Macarıstan hökuməti ölkənin meşə fondunun artırılmasına dair genişmiqyaslı proqrama başladığını elan edib. Təşəbbüs meşə ərazilərini genişləndirmək, iqlim dəyişikliyinə qarşı təbii mühafizəni gücləndirmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, plana görə, hazırda qismən istifadə olunan və ya tamamilə tərk edilmiş torpaqlarda yaxın illərdə milyonlarla ağacın əkilməsi nəzərdə tutulur. Səlahiyyətlilər təkcə yaşıllıq ərazisini genişləndirməyə deyil, həm də biomüxtəlifliyi bərpa etməyə, həmçinin meşələrin karbon udma qabiliyyətini artırmaqla karbon qazı emissiyalarını azaltmağa ümid edirlər.

Proqram yerli özünüidarəetmə strukturlarının, fermerlərin və könüllülərin fəal iştirakını nəzərdə tutur. Dövlət tinglərin alınması və cavan meşə massivlərinə baxılması üçün maliyyə dəstəyi təqdim etməyə hazırdır. Bundan əlavə, ağac növləri seçiminə xüsusi diqqət yetirilir: onlar iqlim dəyişikliyinə davamlı və ölkənin konkret bölgələri üçün uyğun olmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin sözlərinə görə, meşə fondunun artırılması ətraf mühitin mühafizəsi üzrə milli strategiyanın əsas vəzifələrindən biridir. Səlahiyyətlilər onilliyin sonuna kimi meşələrin Macarıstan ərazisinin təxminən 27 faizini əhatə edəcəyinə ümid bəsləyirlər.

Ekoloqlar proqramı yüksək qiymətləndirirlər, onun torpağın deqradasiyası ilə mübarizə aparmağa, havanın keyfiyyətini yaxşılaşdırmağa və sakinlər üçün yeni istirahət zonaları yaratmağa kömək edəcəyini vurğulayırlar. Bununla belə, mütəxəssislər yeni əkinlərə uzunmüddətli qulluq göstərməyin vacibliyini xatırladaraq, onsuz hökumətin səylərinin daha az effektli ola biləcəyini söyləyirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri