Icma.az
close
up
RU
Macarıstanın mövqeyi dəyişir, Kiyev üçün hansı imkanlar yaranır?

Macarıstanın mövqeyi dəyişir, Kiyev üçün hansı imkanlar yaranır?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Avropa İttifaqının Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini genişləndirdiyi bir dövrdə Macarıstanla münasibətlərdə də mühüm dəyişikliklər baş verir. Budapeştin Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı vetosunu götürməsi və Macarıstanın Baş naziri Peter Magyarın Prezident Volodimir Zelenski ilə görüş planı diqqət mərkəzindədir.

Eyni zamanda, Avropa İttifaqının yeni maliyyə qərarları, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində atılan addımlar müharibənin gələcək gedişi ilə bağlı yeni suallar yaradır. Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva  bildirib ki, Macarıstanın Ukraynaya münasibətində müşahidə olunan dəyişiklik ilk növbədə ölkədə hakimiyyət dəyişikliyi və yeni hökumətin Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq siyasəti ilə əlaqəlidir. Onu sözlərinə görə, Viktor Orbanın hakimiyyəti dövründə Budapeşt Ukraynaya ayrılan yardımlara və Avropaya inteqrasiya prosesinə dəfələrlə etiraz etmişdi:

“Peter Magyar hökuməti isə Ukrayna ilə münasibətlərdə daha praqmatik yanaşma nümayiş etdirir və fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Oktyabrın 12-də Ukraynanın milli azlıqların təhsil hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik etməsindən sonra Macarıstanın vetosunu götürməsi bunun konkret nümunəsidir. Nəticədə oktyabrın 13-də Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarında daha iki istiqamətin açılmasına razılıq verib. Hesab edirəm ki, gözlənilən Zelenski–Magyar görüşü iki ölkə arasında uzun müddət davam edən siyasi etimadsızlığın azaldılması və yeni əməkdaşlıq mərhələsinin başlanması üçün mühüm imkan yaradır”.

Avropa ölkələrinin Ukraynaya dəstəyi istiqamətində son günlər qəbul olunan qərarlar və bu addımların müharibənin gedişinə təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, son günlər Aİ-nin Ukraynaya dəstəyində həm maliyyə, həm də hərbi istiqamətdə konkret addımlar müşahidə olunur. Oktyabrın 7-də Avropa Komissiyası Ukraynanın müdafiə sənayesinə, xüsusilə pilotsuz uçuş aparatlarının və raketlərin istehsalına dəstək məqsədilə 1,24 milyard avro ayırıb. Bundan əvvəl isə oktyabrın 5-də Ukraynanın maliyyə sabitliyinin qorunması və dövlət idarəçiliyinin fəaliyyətinin davam etdirilməsi üçün 2,9 milyard avroluq vəsaitin ayrılması elan edilib.

Həmsöhbətimiz bildirib ki, digər mühüm yenilik oktyabrın 12-də Avropa İttifaqının Rusiyanın hərbi sənayesi ilə əlaqəli təxminən 1600 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etməsidir. Dediyinə görə, bu qərarlar göstərir ki, Avropa ölkələri Ukraynanın yalnız döyüş meydanındakı imkanlarını deyil, həm də iqtisadi dayanıqlığını qorumağa çalışırlar. Bununla belə, ayrılan vəsaitlərin və hərbi texnikanın real təsiri onların nə qədər sürətlə Ukraynaya çatdırılmasından və mövcud ehtiyacları hansı səviyyədə qarşılamasından asılı olacaq.

Züriyə Qarayeva: Avropanın hərbi və maliyyə dəstəyi Kiyevin müdafiə imkanlarını qorumağa yönəlib

“ABŞ ilə Ukrayna arasında fikir ayrılıqlarının artdığı bir vaxtda Avropa ölkələrinin Kiyevə dəstəyi gücləndirməsi hansı siyasi məqsədlərə xidmət edir? Avropa ABŞ-nin mümkün dəstək boşluğunu doldura bilərmi” sualını cavablandıran politoloq deyib ki, rəsmi Vaşinqtonla rəsmi Kiyev arasında son dövrlər müşahidə olunan fikir ayrılıqları Avropa dövlətlərini Uktayna paytaxtına dəstəyin davamlılığı barədə daha ciddi düşünməyə vadar edir. Avropa İttifaqı artıq 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avroya qədər maliyyə və müdafiə dəstəyi nəzərdə tutan mexanizm formalaşdırıb:

“Oktyabrın 14-də Avropa komissarı Valdis Dombrovskis bildirib ki, Ukraynanın 2027-ci il üçün maliyyə ehtiyacları mövcud öhdəlikləri üstələdiyindən əlavə beynəlxalq vəsaitlərin cəlb olunması istiqamətində danışıqlar aparılır. Norveçin gələn il üçün 9 milyard avro həcmində dəstək vəd etməsi də Avropada Ukraynaya yardımın davam etdirilməsinə verilən əhəmiyyəti göstərir. Lakin Avropanın maliyyə imkanlarının geniş olması ABŞ-nin hərbi texnologiya, kəşfiyyat və təhlükəsizlik sahəsindəki rolunu qısa müddətdə tam əvəz edə biləcəyi anlamına gəlmir. Məncə, Avropa dövlətlərinin əsas məqsədi həm Ukraynanın müdafiə qabiliyyətini qorumaq, həm də qitənin təhlükəsizliyinin yalnız Vaşinqtonun siyasi qərarlarından asılı olmamasını təmin etməkdir”.

Müsahibimiz qeyd edib ki, Macarıstanın Ukrayna ilə münasibətlərini normallaşdırması Avropa İttifaqı daxilində uzun müddət mövcud olmuş fikir ayrılıqlarından birinin yumşalması baxımından əhəmiyyətlidir. Bu dəyişiklik Ukraynanın Avropaya inteqrasiya prosesini irəli aparsa da, müharibənin qısa müddətdə başa çatacağı anlamına gəlmir. Avropa dövlətlərinin hərbi və maliyyə dəstəyi Kiyevin müdafiə imkanlarını qorumağa və gələcək danışıqlarda mövqeyinin zəifləməsinin qarşısını almağa yönəlib.

“Digər tərəfdən, Rusiyaya qarşı yeni sanksiyalar Moskvanın hərbi sənaye imkanlarını məhdudlaşdırmaq və iqtisadi təzyiqi artırmaq məqsədi daşıyır. Bununla yanaşı, Macarıstanla Ukrayna arasında enerji təhlükəsizliyi və Rusiya enerji resurslarından asılılıq kimi məsələlər hələ də müzakirə predmeti olaraq qalır. Hesab edirəm ki, qarşıdakı mərhələdə əsas məsələ Avropanın Ukraynaya dəstəyini nə dərəcədə davamlı təmin edə bilməsi və bu dəstəyin diplomatik həll imkanları ilə necə uzlaşdırılması olacaq”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri