“Macquarie” lüğəti ilin sözünü seçdi “Pervert glasses” nə deməkdir?
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliya mərkəzli “Macquarie” lüğətinin ekspertlər komitəsi daxili kamera və süni intellekt köməkçiləri ilə təchiz olunmuş ağıllı eynəklərə verilən tənqidi ləqəbi — “pervert glasses” ("pozğun eynəklər") ifadəsini 2026-cı ilin sözü elan edib.
Kulis.az xəbər verir ki, komitə bu seçimin dünyanın 2026-cı ildəki vəziyyətinin yığcam əksi olduğunu açıqlayıb.
İnsanın icazəsi olmadan gizli foto və video çəkmək, həmçinin səs yazmaq riski yaradan bu cihazlar bütün dünyada ciddi etirazlarla qarşılanıb.
Artıq İngiltərə və Uels məhkəmələrində ağıllı eynəklərdən istifadə qadağan edilib, Böyük Britaniyadakı kinoteatrlar və Avropa məlumat məxfiliyi qurumları da oxşar məhdudiyyətləri nəzərdən keçirir.
“Macquarie”nin finalçıları arasında süni intellektlə insanların rəqəmsal olaraq çılpaqlaşdırılmasını ifadə edən "nudify", "AI;DR", "agentic" sözləri yer alıb.
Qeyd edək ki, 2026-cı il üzrə Kembric Lüğəti "human", Kollinz Lüğəti "mogging", “Dictionary.com” isə "maxxing"i ilin sözü seçib.
"Qapının ağzında bir müştəridən qeyri-etik təklif aldım..." - Kuryerlə müsahibə Elvis Preslinin 274 mahnısı süni intellektə öyrədilib? - 41 milyon dollarlıq məhkəmə iddiası İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?
Baxış sayı:120
Bu xəbər 25 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















