Icma.az
close
up
RU
“Maddi baxımdan “Şəfa”nın dayaqları kifayət qədər sağlamdır” Sərdar Salmanzadə

“Maddi baxımdan “Şəfa”nın dayaqları kifayət qədər sağlamdır” Sərdar Salmanzadə

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Növbət mövsüm Azərbaycan I Liqasında çıxış edəcək “Şəfa” klubunun prezidenti Sərdar Salmanzadə İdmanxeber.az saytına müsahibə verib. Bakı klubunun rəhbəri komandanın ötən mövsümkü çıxışından və gələcək planlarından söz açıb.

– “Şəfa” ötən mövsüm II Liqanı ikinci pillədə başa vurdu Mövsümü necə dəyərləndirirsiniz? 

Mövsümü müsbət qiymətləndiririk. Çünki “Şəfa” 2-ci liqada çıxış etməsinə baxmayaraq, ölkə çempionatının tarixində müəyyən rekordlara imza atdı. Məsələn, səfərdə bir klub üzərində 10:0 hesablı qələbə qazandıq. Azərbaycanın müstəqillik dövründə bu günə qədər bir mövsüm ərzində ən çox qol vuran komanda olduq (105). Əvvəllər bu rekord 103 qolla  “Neftçi”də idi. Bu həm liqa, həm də kubok oyunlarında vurulan topların ümumi sayıdır. Biz isə 105 qol vura bildik, bu da böyük nailiyyətdir. Bununla yanaşı, “Şəfa” futbol klubunun akademiyası və qız komandaları ölkə çempionatında yüksək yerlər tutdu. 13 yaşlı qız komandamız 2-ci, 15 yaşlılar 3-cü, 17 yaşlılar isə 2-ci yeri qazandılar. Həmin çempionatda “Neftçi”, “Sabah”, “Araz Naxçıvan”, “Kəpəz”, “Turan” kimi böyük komandalar iştirak edirdi. Onlarla rəqabətdə biz hər yaş qrupunda yer tutan yeganə klub olduq.

– Bizə məlumdur ki, siz yalnız yerli futbolçulara güvənirsiniz və 1-ci liqada əcnəbi futbolçu oynatmayan az komandalardan biri olacaqsınız. Bu strategiyanı davam etdirmək nə dərəcə çətindir?

Bəli, düzgün qeyd etdiniz. Bizim niyyətimiz azərbaycanlı futbolçuların yetişdirilməsi, onların Avropa və dünya səviyyəli klublarda çıxış etməsidir. Bu istiqamətdə müəyyən addımlar atmışıq. İlk olaraq əcnəbi futbolçuları heyətə cəlb etməyib, yerli oyunçulara üstünlük veririk. Yeni mövsümdə də bu strategiyadan dönməyəcəyik. Biz İtaliya və İspaniyanın qabaqcıl futbol klublarının hazırlıq proseslərindən istifadə edirik. Akademiya və əsas komandamızın baş məşçisi Elgiz Kərimli Qurban Qurbanovun “Qarabağ”da tətbiq etdiyi metodlardan faydalanır. Buna görə “Qarabağ” futbol klubuna və Qurban müəllimə təşəkkürümüzü bildiririk.  Biz inanırıq ki, bu potensialı davam etdirərək I Liqada da yerli futbolçularla uğur qazana bilərik. Məncə, düzgün yanaşma, funksional məşq prosesi və dünya futbolunun qoyduğu normalara uyğun hazırlıq olarsa, Avropada uğur qazanmağımıza mane olmayacaq. “Qarabağ” nümunəsində gördük ki, klub Avropada sözünü deməyi bacarıb. Bu, Azərbaycan Premyer Liqasında çıxış edən bir klub üçün böyük nailiyyətdir. “Şəfa”nın prinsiplərindən biri də paytaxtı təmsil etməkdir. Komandanın adı müxtəlif ölkələrdə tanınsa da, əvvəlki adımızı bərpa edib rəsmi olaraq paytaxtı təmsil etməyi planlaşdırırıq.

– Stadion məsələsi nə yerdədir? Bildiyimiz qədəriylə “Şəfa” stadionu ilə bağlı bir neçə layihəniz var…

Stadion məsələsi çox mürəkkəbdir və hələ də qeyri-müəyyənlik davam edir. Bu problem təkcə “Şəfa” ilə bağlı deyil, bütün ölkədə aktualdır. Biz dəfələrlə Azərbaycan Futbol Federasiyasına müraciət etmişik ki, keçmiş “Şəfa” stadionunu icarəyə götürüb mərhələli şəkildə təmir edək, dünya standartlarına uyğun akademiya və oyun meydançası yaradaq. Məqsədimiz, burada milli komandanın məşq qruplarının və A milli komandanın istifadə edə biləcəyi arenaya çevirməkdir. Təəssüf ki, hələ cavab ala bilməmişik, amma ümid edirik ki, müsbət nəticə əldə edəcəyik. Əgər bu alınmasa, öz torpaq sahəmizi alıb, orada istədiyimiz şəraitdə stadion tikəcəyik.

– Transfer çalışmaları nə yerdədir? Mətbuatda bir neçə futbolçunun adı “Şəfa” ilə hallanırdı. Ancaq hələlik rəsmi açıqlama yoxdur…

Transfer işləri davam edir. Təxminən 80 faiz transferlər yekunlaşıb. Hədəfimizdəki əsas transferləri tamamlamışıq. Azərbaycanın futbol problemlərindən biri də hücumçu tapmaqdır. Hücumameyilli yarımmüdafiəçi və hücumçu yetişdirməkdə çətinlik çəkirik. Bu problem həm Premyer Liqada çempionluq mübarizəsi aparan klublara, həm də bizə aiddir. Son 10-15 ildə futbolumuzda yüksək səviyyəli hücumçu formalaşmır, bu səbəbdən biz də çətinlik çəkirik. Amma axtarışlarımız davam edir. Artıq diqqətimizi aşağı yaş qruplarına yönəldərək 15, 16, 17 yaşlı gəncləri “Şəfa” akademiyasına cəlb etmişik. Burada Avropadakı yanaşma ilə onları yetişdirib gələcəkdə milli komandaya xeyir verəcək oyunçulara çevirmək niyyətindəyik. Bunun üçün müəyyən maliyyə dəstəyinə ehtiyac var. Maddi baxımdan “Şəfa”nın dayaqları kifayət qədər sağlamdır.

– Maliyyə məsələləri barədə məlumat verə bilərsiniz?

Kənan bəy müsahibəsində demişdi ki, II Liqada rəhbərlik kluba 500 min manat büdcə ayırmışdı, ehtiyac yaranarsa, əlavə 500 min manat da xərclənəcək. Yəni təxminən 1 milyon manat vəsait xərclənib.

– I Liqada büdcə necə olacaq?

Bu məsələ hələ dəqiqləşməyib. Mövsüm başlamazdan əvvəl açıqlanacaq, amma məqsədimiz klubun inkişafını təmin etmək və futbolçular üçün layiqli şərait yaratmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri