Madonnanın 36 illik sirri açıldı: İtmiş “Selta” forması tapılıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya musiqisinin əfsanəsi Madonna İspaniyanın “Selta” futbol klubunun onilliklərdir axtardığı suala gözlənilməz cavab verib. Pop kraliçası 1990-cı ildə Viqodakı konsertində geyindiyi formanın taleyinə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, hadisələr “Selta”nın prezidenti Mariyan Mourinyonun ulduza ünvanladığı açıq məktubdan sonra sürətlənib. Klub rəhbərliyi Madonnanın 1990-cı ildə “Blond Ambition” turu çərçivəsində “Balaidos” stadionunda səhnəyə çıxarkən geyindiyi səma mavisi rəngli, 5 nömrəli formanın harada olduğunu öyrənmək istəyib.
Madonna sosial şəbəkə hesabında kluba cavab verərək həmin formanı hələ də saxladığını bildirib:
“Bu forma mənim arxivimdə asılıb! Mən sizin komandanı ruhən təmsil edirəm!”
Qeyd edək ki, “Selta” bu həftə ərzində Madonnanın diqqətini çəkmək üçün müxtəlif kampaniyalar təşkil etmişdi. Hətta cümə günü “Real”la oyundan əvvəl stadionda müğənninin məşhur “Like a Prayer” hiti orkestrin müşayiəti ilə ifa olunmuşdu. 36 il əvvəl geynilən həmin forma klub üçün mənəvi irs nümunəsi hesab olunur.
Baxış sayı:175
Bu xəbər 08 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















