Hava limanı yolunda kobud qayda pozan sürücü avtomobili vurdu; ziyanı ödəmədi VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Hava Limanı yolunda kobud qayda pozaraq qəza törədən sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın “Whatsapp” ünvanına göndərilən videomaterialdan məlum olub ki, hadisə yanvarın 1-də saat 18:03 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-LC-875 dövlət nömrəli “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, sağ zolaqda hərəkət edən avtomobili nəzərə almadan zolaq dəyişib və bu zaman görüntünü qeydə alan avtomobili vuraraq yoluna davam edib. Zərərçəkmiş bildirib ki, qəzaya səbəb olan sürücü maddi ziyanı qarşılamadan hadisə yerini tərk edib.
Qeyd edək ki, belə hallarda sürücülərin qayda pozuntusu yalnız digər avtomobillərə maddi ziyan yetirmək deyil, həm də yol-nəqliyyat təhlükəsini artırır. Zolaq qaydalarına riayət etmək, qəza anında dayanmaq və zərərin ödənilməsini təmin etmək sürücülərin və digər yol iştirakçılarının təhlükəsizliyi üçün önəmlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















