Maduro qaçırıldı, ölkə qaçqın axını üçün səfərbər edildi: Sərhədə minlərlə əsgər göndərildi
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Venesuelaya hücumlarından və şənbə günü prezident Nikolas Maduronun oğurlanması iddiasından sonra Kolumbiya potensial qaçqın böhranına hazırlaşır.
Turkustan.az xəbər verir ki, Kolumbiyanın müdafiə naziri Pedro Sançez bazar günü təhlükəsizliyi artırmaq üçün Venesuela sərhədinə 30.000 əsgərin yerləşdirildiyini açıqladı.
Sərhəd boyunca gərginlik artır, lakin bazar ertəsi günü Kukuta yaxınlığındakı Simón Bolivar Beynəlxalq Körpüsündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin normal olduğu bildirilib. Bununla belə, ərazidə artan hərbi iştirak nəzərə çarpırdı. Məlumata görə, körpünün ətrafına Kolumbiya M1117 zirehli təhlükəsizlik maşınları yerləşdirilib.
ABŞ Prezidenti Donald Trampın müvəqqəti lider kimi and içən Delsi Rodrigezə "özünü yaxşı aparmasa, yeni hücumlar olacaq" xəbərdarlığı sərhəd bölgəsində gərginliyi artırıb. Bu açıqlamalardan sonra Kolumbiyada "kövrək bir sakitlik" hökm sürüb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Yanvar 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















