Icma.az
close
up
RU
“Maduronun devrilməsi Kremlin Latın Amerikası strategiyasını sarsıdır“ “The Telegraph“

“Maduronun devrilməsi Kremlin Latın Amerikası strategiyasını sarsıdır“ “The Telegraph“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ-ın Venesueladakı əməliyyatından sonra Kremlin Latın Amerikası siyasətində yaranan risklər və qeyri-müəyyənlik..."

ABŞ-ın Venesuelada keçirdiyi sürətli hərbi əməliyyat və Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılması Kremlin Latın Amerikasındakı mövqelərinə ciddi zərbə vurub. 

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Analitiklər bu hadisəni həm Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi, həm də Vladimir Putinin uzun illər qurduğu regional strategiyanın dağılması kimi qiymətləndirirlər.

Rusiya üçün nüfuz itkisi və təhlükəsizlik mifinin dağılması

Nəşr  yazır ki, Moskvanın Maduronun devrilməsinə verdiyi sərt, lakin şablon reaksiya Rusiyanın bu rejimlə sıx tərəfdaşlığını açıq şəkildə üzə çıxardı. Eyni zamanda bu hadisə Rusiyanın "etibarlı müttəfiq" imicinə ağır zərbə vurdu.

Venesuelada yerləşdirilən rus HHM sistemlərinin ABŞ əməliyyatını dayandıra bilməməsi, eləcə də oxşar uğursuzluqların əvvəlcə Suriyada, sonra İranda müşahidə olunması Rusiya silahlarına inamı kəskin şəkildə azaldıb. Analitiklərin fikrincə, bu durum Moskvanın gələcəkdə silah ixracı və siyasi təsir imkanlarını zəiflədə bilər.

Kremlin "iki stulda oturmaq" cəhdi

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Kremlin reaksiyasını "son dərəcə ehtiyatlı" və formal adlandırır. Rusiya rəsmiləri ABŞ-ın əməliyyatını pisləsələr də, ali siyasi rəhbərlik səviyyəsində açıq eskalasiya müşahidə olunmur.

Analitiklər hesab edir ki, Moskva bir tərəfdən özünü müttəfiqləri üçün "etibarlı tərəfdaş" kimi göstərməyə çalışır, digər tərəfdən isə Tramp administrasiyası ilə münasibətləri daha da gərginləşdirməməyə çalışır.

Putin üçün təhlükə, yoxsa fürsət?

Bu məsələdə Qərb mediasında vahid yanaşma yoxdur. "Le Monde" yazır ki, Maduronun aradan götürülməsi Kreml üçün geosiyasi zərbədir və Putini ciddi şəkildə narahat etməlidir. Çünki bu, ABŞ-ın güc nümayişidir və Rusiyanın qurduğu təhlükəsizlik mexanizmlərinin effektiv olmadığını göstərir.

Digər tərəfdən, "The Telegraph"ın bəzi şərhçiləri hesab edir ki, ABŞ-ın diqqətini Latın Amerikasına yönəltməsi Moskva və Pekinə başqa regionlarda daha sərbəst hərəkət etmək imkanı yarada bilər. Maduronun devrilməsi Venesuela ilə məhdudlaşmır.

Bu hadisə Rusiyanın Latın Amerikasındakı təsir dairəsini daraldır, Kremlin hərbi-siyasi nüfuzunu sarsıdır və Putinin "müttəfiqləri qoruyan güc" imicini ciddi sual altına qoyur. Eyni zamanda, Moskva üçün həm risklər, həm də yeni manevr imkanları yaradan mürəkkəb bir mərhələnin başlandığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri