Maduronun ən yaxın adamı ABŞ a verildi
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Venesuelalı iş adamı və keçmiş prezident Nikolas Maduronun müttəfiqi Aleks Saab rəsmi olaraq ABŞ-a deportasiya edilib.
"Ölkə.az" xəbər verir ki, məlumatı Venesuelanın miqrasiya agentliyi SAIME yayıb. Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, Saab fevral ayında ABŞ-Venesuela birgə əməliyyatı zamanı Karakasda həbs edilib. Bu, ABŞ xüsusi təyinatlı qüvvələrinin Karakasda Maduronu ələ keçirməsindən bir ay sonra baş verib.
Reuters qeyd edir ki, Saabın həbsi və deportasiyası prezident səlahiyyətlərini icra edən Delsi Rodrigezin rəhbərliyi altında ABŞ və Venesuela hüquq-mühafizə orqanları arasında yeni bir əməkdaşlığın göstəricisidir. Agentlik həmçinin qeyd edir ki, Kolumbiya əsilli 54 yaşlı Saab əvvəllər 2020-ci ildə Kabo-Verdedə saxlanılıb və rüşvət ittihamı ilə ABŞ-da həbs edilib. 2023-cü ildə o, Venesuelada saxlanılan amerikalıların azad edilməsi müqabilində əfv edilib.
Mənbələrə görə, Saab ABŞ hakimiyyət orqanlarına Maduroya qarşı cinayət işini gücləndirəcək məlumatlar verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















