Maduronun həyat yoldaşının səhhəti pisləşdi Həbsxanada 11 kiloqram arıqladı
Icma.az, Milli.az saytına istinadən bildirir.
ABŞ tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores Amerika həbsxanasında ürək tutması keçirib.
Milli.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) Floresin vəkillərinə istinadən məlumat yayıb.
Vəkillərin sözlərinə görə, 69 yaşlı Siliya Flores iyul ayında ürək tutması keçirib. Onlar bildiriblər ki, Floresin həbsxana şəraitində müalicəsi mümkün olmayan ürək problemləri var. Həmçinin qeyd olunub ki, o, həbsdə olduğu müddətdə 11 kiloqram çəki itirib.
Floresin müdafiəçiləri onun ev dustaqlığına keçirilməsi üçün müraciət etməyə hazırlaşırlar.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə zərbələr endirib. ABŞ xüsusi təyinatlıları Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayaraq ölkədən çıxarıblar.
Yanvarın 5-də Maduro və Flores Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəmədə hakim qarşısına çıxarılıblar. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Hər iki şəxs ittihamları qəbul etməyib.
Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun prezidentliyi dövründə ölkənin icraçı vitse-prezidenti olmuş Delsi Rodriqes həyata keçirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















