Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Mağaza aldığınız malı geri götürmür? Bu imtinası nə vaxt qanunsuzdur

Mağaza aldığınız malı geri götürmür? Bu imtinası nə vaxt qanunsuzdur

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mağazadan paltar, ayaqqabı, məişət texnikası və ya başqa məhsul alırsınız, lakin evə gətirdikdən sonra onun sizə uyğun olmadığını görürsünüz. Məhsul istifadə edilməyib, qəbzi də var. Ancaq mağazaya müraciət edəndə sizə “Satılan mal geri qaytarılmır” cavabı verirlər. Bu imtina qanunidirmi? Alıcı aldığı məhsulu neçə gün ərzində dəyişə və pulunu geri ala bilər?

Azərbaycanda istehlakçıların bu sahədə hüquqları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənir. Qanunvericilikdə həm keyfiyyətli, həm də qüsurlu malların dəyişdirilməsi və qaytarılması üçün fərqli qaydalar nəzərdə tutulub.

14 gün ərzində malı dəyişmək hüququ

Qanunun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı forması, ölçüsü, fasonu, rəngi və ya digər səbəblərə görə alıcıya uyğun gəlmirsə, istehlakçının onu dəyişdirmək hüququ var.

Bunun üçün malın alındığı gün nəzərə alınmadan 14 gün ərzində mağazaya müraciət edilməlidir. Yəni müddət alış günündən sonrakı gündən hesablanır.

Lakin bu hüquqdan istifadə etmək üçün bir neçə şərt var:

-Mal istifadə edilməmiş olmalıdır;

-Əmtəə görünüşü və istehlak xassələri qorunmalıdır;

-Plombu və yarlığı saxlanılmalıdır;

-Alış faktını təsdiq edən kassa çeki, qəbz və ya digər sənəd təqdim edilməlidir.

Vacib məqam budur ki, qanun ilk növbədə malın dəyişdirilməsini nəzərdə tutur. Əgər həmin vaxt mağazada alıcının istəyinə uyğun başqa məhsul yoxdursa, istehlakçı pulunun geri qaytarılmasını tələb edə bilər. Başqa mal seçmək və ya uyğun məhsulun satışa gəlməsini gözləmək də mümkündür.

Hansı malları geri qaytarmaq mümkün deyil?

Qanunvericilikdə bəzi keyfiyyətli malların dəyişdirilməsinə və qaytarılmasına məhdudiyyət qoyulub. Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıya, əsasən, aşağıdakılar daxildir:

-Qızıl və digər qiymətli metallardan hazırlanmış məmulatlar;

-Parfümeriya və kosmetika məhsulları;

-Çimərlik geyimləri;

-Şəxsi gigiyena əşyaları, diş fırçaları və daraqlar;

-Uşaq oyuncaqları;

-Müəyyən növ alt paltarları və corablar;

-Məişət kimyası məhsulları;

-Mağazadan çıxarılmış ərzaq malları.

Bu siyahı keyfiyyətli mallara aiddir. Məhsulun istehsal qüsuru varsa, məsələ başqa qaydada qiymətləndirilir.

Qüsurlu mal satılıbsa, mağaza nə etməlidir?

Qanunun 7-ci maddəsi istehlakçıya daha geniş hüquqlar verir. Zəmanət müddəti ərzində alınmış məhsulda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, alıcı öz istəyinə uyğun olaraq, malın keyfiyyətli məhsulla dəyişdirilməsini, qiymətin müvafiq məbləğdə azaldılmasını, qüsurun satıcının hesabına aradan qaldırılmasını, təmir üçün çəkdiyi xərclərin ödənilməsini, alqı-satqı müqaviləsinin ləğv edilməsini və pulunun qaytarılmasını tələb edə bilər.

Belə hallarda satıcı qüsurlu malı geri götürməyə və istehlakçının qanuni tələblərindən birini yerinə yetirməyə borcludur.

Məhsulun zəmanət müddəti müəyyən edilməyibsə, qanunvericiliyə əsasən, alıcı malın ona verildiyi gündən iki il ərzində qüsurlarla bağlı tələb irəli sürə bilər.

Mağaza imtina edərsə, hara müraciət etmək olar?

İlk növbədə mağazaya yazılı müraciət etmək, problemin mahiyyətini və tələbinizi qeyd etmək, qəbzin və digər sənədlərin surətini saxlamaq məqsədəuyğundur. Satıcı qanuni tələbi yerinə yetirməkdən imtina edərsə, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. Hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək də mümkündür.

Beləliklə, mağazanın “Satılan mal geri qaytarılmır” ifadəsi bütün hallarda qanuni əsas sayıla bilməz. Əsas məsələ məhsulun keyfiyyəti, istifadə olunub-olunmaması, müraciət müddəti və qanunla müəyyən edilmiş istisnalardır. İstehlakçı bu qaydaları bilməklə həm əsassız imtinaların, həm də hüquqlarının pozulmasının qarşısını ala bilər.

S. Abdulla

AzPost.az

Post navigation

Previous: Yaş saçla yatmaq niyə təhlükəlidir?- Yatağınızda gizlənən risklər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Noyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri