Icma.az
close
up
RU
Mağazaya müştəri necə cəlb edilir?

Mağazaya müştəri necə cəlb edilir?

Icma.az bildirir, News24 portalına istinadən.

Əgər yerləşdiyi məkandan asılı olmayaraq bir mağazanız varsa, əsas məqsədiniz insanların mağazanıza daxil olmasını təmin etməkdir. Başqa sözlə, mağazanıza gələnlərin sayını artırmaq, insanların məhsullarınızı gözdən keçirməsini istəyirsiniz.

Lakin bu gün onlayn alış-verişin daha asan olması, küçə mədəniyyətinin azalması, böyük pərakəndə şəbəkələrinin hər şeyi satması və parkinq problemi kimi səbəblərə görə insanların bir mağazaya daxil olub alış-veriş etmə ehtimalı əvvəlkindən daha da çox azalıb. Əgər siz də “mağazama müştəri gəlmir, müştəri cəlb etmək üçün nə edə bilərəm?” deyənlərdənsinizsə,  o zaman mağazanıza müştəri cəlb etmək üçün bir neçə məqama diqqət etməlisiniz.

Ağıllı marketinq üsulları ilə mağazanıza daha çox insan cəlb edə bilərsiniz. 

News24.az valyuta.az-a istinadla bununla bağlı bir neçə tövsiyyəni təqdim edir:

Görünən olun

Bu çox sadədir… İnsanlar mağazanızı görməlidirlər ki, içəri girib alış-veriş etsinlər. Bəzən ən izdihamlı küçədə yerləşən mağaza belə çoxları tərəfindən görməzlikdən gələ bilər. Ucuz və keyfiyyətli məhsullar satsanız belə, yaxınlıqdakı parlaq reklam lövhəli bir mağaza daha çox diqqət çəkə bilər.

Araşdırmalar göstərir ki, insanlar bir insan və ya obyekt haqqında 7 saniyə içində fikir formalaşdırır. Bu da göstərir ki, bir mağaza sahibi kimi insanları cəlb etmək və onlarda müsbət hisslər yaratmaq üçün çox qısa vaxtınız var.

Maraqlı və cəlbedici vitrin dizayn edin

Analar günü, sevgililər günü və digər xüsusi günlərdə mağaza vitrinlərinə baxmaq hələ də insanlar üçün maraqlıdır. Vitrin dizaynı diqqət çəkici və maraqlı olmalıdır. Sanki kitab üz qabığı kimi ilk təəssürat yaratmalıdır.

Bundan əlavə, mağazanın girişində ən çox satılan və ən sevilən məhsulları yerləşdirmək faydalıdır. İnsanlar mağazaya girən kimi “aaa, nə maraqlı şeylər varmış” desinlər.

Mağazanızın adını yazdırdığınız lövhəyə xüsusi diqqət edin

Araşdırmalara görə əgər mağazanızın adını yazdırdığınız lövhə yoxdursa, yoldan keçən insanların təxminən 35%-i sizi ümumiyyətlə fərq etmir. Burada parlaq, LED işıqlı lövhədən danışmırıq, sadəcə mağazanın adı və əlaqə nömrəsi yazılmış sadə bir lövhə kifayətdir.

Mağaza qarşısına məhsulları tanıdan stendlər də qoymaq olar. Məsələn, restoranların qarşısında olan "aşpaz fiqurları” kimi. Girişə rəngli şarlar asmaq xüsusilə uşaqlara xitab edən mağazalar üçün çox effektivdir.

Mağaza qarşısında işçilərin ucadan müştəri çağırması müştəridə mənfi təəssürat yarada bilər. İnsanlar bu cür davranışı “müştəri yoxdur” əlaməti kimi qiymətləndirirlər.

Qapıya “Açıqdır” yazılan işarə qoyun

Açıq və ya bağlı olduğu bilinməyən bir mağazaya daxil olmaq insanlarda tərəddüd yaradır. Bu tərəddüdü aradan qaldırmaq üçün qapıya sadəcə “AÇIQ” yazmaq kifayətdir. Həmçinin, iş saatları və istirahət günlərini göstərən lövhə də əlavə edin.

Qapının önünə “Xoş gəldiniz” yazısı olan bir xalça sərmək də insanlarda VIP təəssüratı yaradar.

Əgər restoran sahəsindəsinizsə, girişdə bitkilər, yaşıl dekorlar istifadə etmək insanları daha çox cəlb edə bilər.

Özünüzü tanıdın

Sadəcə mağazada oturub müştəri gözləməklə iş olmur. Sizin aktiv şəkildə müştəri cəlb etməniz, işinizi tanıtmanız lazımdır. Rəqabətli bazarda öndə olmaq üçün marketinqə diqqət yetirməlisiniz.

Endirim həmişə cəlbedicidir

İlk dəfə sizdən alış-veriş edənlər üçün endirimlər təşkil etmək müştəri cəlb etmək baxımından əhəmiyyətlidir. Məsələn, 5 dəfə alış-veriş edənlərə endirim və ya hədiyyə təqdim edə bilərsiniz.

Broşür paylayın

İnsanlara məhsullarınızı tanıdan broşürlər verin. O an alış-veriş etməsələr belə, broşürü evə aparıb başqaları ilə paylaşa bilərlər. Peşəkar dizayn edilmiş broşürlər hazırlatdırmaq daha yaxşı nəticə verə bilər.

Pulsuz içkiyə, qidaya qonaq edin

Mağazada şirniyyat, içki, çay, qəhvə kimi pulsuz məhsullar təqdim etmək çox effektivdir. Soyuq havalarda isti içkilər təqdim etməyiniz insanları içəri girməyə təşviq edə bilər. Əksər insanlar bu mehribanlıq qarşısında nəzakət xatirinə də olsa, bir şey alır.

Qarajlarda reklam yerləşdirin

Xüsusilə ticarət mərkəzlərində, qarajların girişində yerləşən reklam lövhələrindən yararlanın. Ən maraqlı məhsullarınızın fotosunu və mağazanın mərtəbəsini əlavə edin. İnsanlar daha içəri girmədən sizi tanısın.

İnternet resurslarından istifadə edin

Rəqəmsal dövrdə internetə qarşı çıxan şirkətlərin gələcəyi yoxdur. İş yalnız vebsayt yaratmaqla bitmir. Onu optimallaşdırmaq (SEO), xəritələrdə qeyd olunmaq, sosial media hesabları açmaq və aktiv istifadə etmək vacibdir. Məsələn internetdən mağazamıza gələnlərə 10% endirim kampaniyası edin. Mobil tətbiq yaradıb, tətbiqi yükləyənlərə endirim verin. "Google My Business" profili yaradaraq mağazanıza rəy və reytinq toplamağa başlayın. QR kodlar istifadə edin – kodu oxudanlar saytınıza yönlənsinlər və ya məhsul sifariş edə bilsinlər.

Qeyd edək ki, bu gün insanları mağazaya cəlb etmək 10-15 il əvvəllə müqayisədə daha çətindir. Ancaq yuxarıda sadalanan üsullarla həm fiziki mağazanıza, həm də onlayn platformanıza daha çox insan cəlb edə bilərsiniz. Əzmli olmaq, yaradıcı ideyalar və düzgün internet istifadəsi ilə bu mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see569

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see340

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see327

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see312

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see274

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see255

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see227

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see203

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see200

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see197

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see191

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see189

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see187

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see183

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see178

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see177

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see172

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see169

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see165

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri