Icma.az
close
up
RU
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”

“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın 4 günlük Aprel Müharibəsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinə məktubunu ictimailəşdirib. S.Sarkisyanın etiraflarla zəngin məktubunun qısaldılmış mətni belədir: "Hörmətli Vladimir Vladimiroviç, Sizin Dağlıq Qarabağ münaqişəsinə yeni təkan verilməsi təşəbbüsünüzü yüksək qiymətləndirirəm. Xarici işlər nazirlərimizin müzakirə etdiyi məxfi ideyalar paketinə cavab olaraq qeyd etməliyəm ki, Bakıdan real konstruktiv addımlar gözlənilmir. Təklif olunan “təhlükəsizlik zonası”nın əhəmiyyətli dərəcədə daraldılması, Dağlıq Qarabağın müdafiə xəttinin qısaldılması və Azərbaycanla təmas xəttinin gücləndirilməsi nəticə etibarilə Ermənistan və Qarabağ üçün təhlükəli vəziyyət yaradır.

Bu, silahlı balansın bizim ziyanımıza pozulması deməkdir. Ərazi qaytarmasının təhlükəsizlik mexanizmləri olmadan həyata keçirilməsi mümkün deyil. Azərbaycan isə hələ də nə gələcək status barədə öhdəlik götürmək, nə də Dağlıq Qarabaqda referendum keçiriləcəyini qəbul etmək niyyətindədir. Əgər Bakı 5 rayonun qaytarılmasını əldə etsə, daha da aqressiv və destruktiv davranacaq. Bu, Ermənistan və Qarabağa qarşı əlavə təzyiq alətinə çevriləcək. Aydındır ki, Prezident Əliyev yalnız öz məqsədlərini təmin edən, qeyri-müəyyən və təhlükəli “ara status”a əsaslanan sxemi irəli sürür. Bu isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində artıq əvvəlcədən müəyyən olunmuş nəticələrə gətirib çıxarır. Bakı öz Konstitusiyasına istinad edərək referendum imkanlarının qarşısını tam bağlayır.

Bu isə məsələnin mahiyyətcə bloklanması deməkdir. Ermənistan tərəfi hesab edir ki, həqiqi kompromis yalnız aşağıdakı prinsiplərlə mümkündür: 1. Dağlıq Qarabağın sülh prosesinin bütün mərhələlərində iştirakının təmin olunması; 2. Ümumi referendumda Dağlıq Qarabağ əhalisinin iradəsinin sərbəst ifadəsi və SSRİ dövrünün son siyahıyaalmasına uyğun nisbətlərin tanınması; 3. Dağlıq Qarabağın yekun statusu müəyyən olunana qədər Kəlbəcər və Laçın rayonlarının tam şəkildə Qarabağın nəzarətində saxlanılması; 4. Dağlıq Qarabağın “aralıq statusunun” təmin olunması; 5. Azərbaycana qaytarılan 5 rayonun demilitarizasiya olunması; 6. Tərəflərdən biri atəşkəsi pozduğu halda, BMT-də sanksiyalar mexanizminin tətbiqi; 7. Əgər Azərbaycan öhdəliklərini yerinə yetirməzsə, həmsədrlərin Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlaması. Aydındır ki, bu məsələlər üzrə tam aydınlıq gətirilməsi üçün Ermənistan və Dağlıq Qarabağ cəmiyyətinin ciddi şəkildə hazırlanması lazım gələcək.

Əks halda istənilən plan iflasa uğrayacaq və qarşılıqlı etimadsızlıq daha da dərinləşəcək. Hörmətli Vladimir Vladimiroviç, Münaqişənin nizamlanmasında göstərdiyiniz səylərə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ümid edirəm ki, əldə olunmuş razılaşmalar davamlı sülhə aparacaq. Sizə əmin etmək istəyirəm ki, biz problemi qısa zamanda həll etməyə və tarixi kompromislər tapmağa sadiq qalacağıq". Xocalı qatillərindən biri olan Serj Sarkisyan 2016-cı ilin Aprel müharibəsini yerli audiotoriyaya şərh edərkən bu döyüşləri "Ermənistan tərəfinin qələbəsi" adlandırırdı. Hətta deyirdi ki, Azərbaycan ilə atəşkəs məsələsində razılaşmamaq, itirlmiş əraziləri və ilkin vəziyyəti tam bərpa etmək mümkün idi. Sadəcə mən kiçik bir əraziyə görə itki vermək, münaqişəni genişləndirmək istəmədim". Ay səni saxtakar, ikiüzlü və Xocalıda mülki əhalini öldürməklə fəxr edən qorxaq Serjik! Deməli erməni xalqına və beynəlxalq ictimaiyyətə "Ermənistanın qələbəsi" barədə nağıl danışırsan, əl altdan isə Rusiya prezidentinə isə diplomatiyadan, siyasətdən, insanlıqdan, kişilikdən tamamilə kənar, həm də yalvarış dolu məktublar yazırsan. Məktubda az qalır ki, Putinin qapalı yerlərindən öpəsən!. 

Bu məktub ölkə rəhbərinin müraciətindən çox, bir günahkar qulun dar ağacı önündə imdad üçün kefkom cəllad ağasına ümidsiz müraciətinə bənzəyir... Mən bir çox tanınmış insanlarla bir məsələdə tam raziyam: Ermənilər Qafqaza aid xalq deyil. Qafqaz kişisi müharibədə, döyüşdə, mübarizədə və s. uduza bilər, amma başqa kişi qarşısında özünü, ailəsini, xalqını, bayrağını və dövlətini alçalda bilməz. Basqa bir ölkə rəhbərinin digər bir ölkə rəhbəri qarşısında bu qədər alçaldığına rast gəlməmişdim. Amma bütün bunları Serj bacarıb! Çünki Serj Qafqazlı deyil, onun üçün Qafqaz dəyərinin, kişiliyin və insanlığın heç bir əhəmiyyəti yoxdur. Qayıdaq məktubun mahiyyətinə. Əslində bu məktubdan çox işğalçı ölkə rəhbəri olan Sarkisyanın Azərbaycan qarşısında məğlub olduğu barədə çoxsaylı etiraflarıdır. 

Ölkə əhalisinə aprel döyüşləri barədə fərqli bəyanat verən, onu aldadan Serj bu məktubda Ermənistanın zəif, köməksiz və böhran vəziyyətində olduğunu açıq mətnlə ifadə edir, regiondan kənarda yerləşən Rusiyanın prosesə müdaxilə etməsi üçün Putinə yalvarır. Xahiş ilə yalvarış fərqli anlayışdır. Bu məktubda diplomatiyanın "d" hərfi belə yoxdur.  Siyasət, suverenlik və müstəqillik barədə danışmağa dəyməz. Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır: "Putin anam-bacım sənə qurban, işğalçı kölələrini Azərbaycan Əsgərinin təpiklərindən qoru". Sarkisyan işğal etdikləri Azərbaycan ərazilərində təhlükəsizliyin təmin edə bilməyəcəyini anlayır və bu əraziləri Rusiyaya həvalə edir. Sarkisyan bu məktubla həm də Ermənistanın işğal və digər məslələrdə daim Moskvadan asılı olduğunu, Prezident İlham Əliyevin Qarabağ məsələsini istənilən yolla həllində qərarlı olduğunu, erməni ordusunun zəif olduğunu, müharibədə güc balansını öz xeyrinə dəyişən Azərbaycanın qarşısını ala bilməyəcəyini, vəziyyət nəzarətdən çıxmağa doğru getdiyini etiraf edir. 

Nəzərə alsaq ki, bəhs etdiyimiz etiraflarla dolu bu məktub Ermənistandan Kremlə yazılan çoxsaylı məktublardan yalnız biridir, o zaman Ermənistanı idarə edənlərin və bu gün təkrar hakimiyyətə iddialı olanların siyasi və şəxsi əxlaqı səviyyəsi barədə aydın təsəvvür əldə edə bilərik. Daim deyirdik ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr uzun onilliklər boyunca xalqı aldadırlar, erməni ordusu təkbaşına Azərbaycan ərazisini işğal edə bilməz, erməni kilsəsi pis işlərlə məşğuldur və terror yuvasına çevrilib, İrəvan regiondan kənar qüvvələrinin vassalıdır, erməni generallar orduya ayrılan tuşenkanı, geyimi, dizeli və benzini satır, Qarabağdakı erməni silahlıları Azərbaycan vətəndaşlarının mülklərini söküb İrana və Ermənistana satırlar, Qarabağ klanı quldurluq və narkotik alveri ilə məşğuldur, amma Vətən Müharibəsinə qədər bizə inanan yox idi. İndi isə dediklərimizin hər biri təsdiqini tapır. Gələn ilin yayına qədər isə daha çox həqiqətlər ortaya çıxacaq. Yəqin ki, növbəti etiraflar Ermnistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryana aidi olacaq. 

Ədalət Verdiyev, hərbi ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri