Icma.az
close
up
RU
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” Təhsil tədqiqatçısı

“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” Təhsil tədqiqatçısı

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ötən həftə Milli Məclisin Elm və təhsil komitəsində ali təhsil pilləsinin bakalavriatura səviyyəsinin 4 ildən 3 ilə, magistratura səviyyəsinin isə 2 ildən 1 ilə endirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Bakalavriatura ilə bağlı çox danışılıb. Bununla bağlı müəyyən şərhlər, izahlar verilib, təhlillər aparılıb. Magistratura məsələsinə gəldikdə isə bəli, magistratura və doktorantura səviyyələri üzrə təhsil müddəti artıq dünya standartlarında getdikcə aşağı salınır”.

Bu barədə Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi.

Onun sözlərinə görə, bu, qeyri-adi bir tendensiya kimi də qarşılanmır:

“Çünki burada əsas məqsəd bəlli proqramın, master proqramın müəyyən müddət ərzində tədris edilərək sıxışdırılmasıdır. Magistratura səviyyəsi kimləri qəbul edir? Bir ixtisas üzrə baza təhsilini almış, bakalavriat səviyyəsini uğurla başa çatdırmış və imtahandan sonra öz ixtisasının daha təkmil istiqaməti, daha təkmil səviyyəsi üzrə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulur, düz deyilmi? Yəni bu şəxs artıq proqramın müəyyən hissəsini bilir. Ona lazımdır ki, master səviyyəsində, ustad səviyyəsində olan detalları da mənimsəsin və oradan çıxış edərək düşünürəm ki, bakalavr səviyyəsindən fərqli olaraq, magistraturada bu yeniliyi etmək daha asan olacaq.

Düzdür, indi hamı deyir ki, bakalavriat səviyyəsində təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi o qədər də problemli məsələ deyil. Amma bu, ixtisaslara görə dəyişiklikləri olan bir qrafik tələb edir. Elə ixtisas var ki, bəli, onun bakalavriat səviyyəsində proqramını 3 ilə sığdırmaq olar, eləsi var ki, yox. Amma magistraturada məsələ başqadır. Magistraturada artıq hazır kadrla iş gedir. Bu hazır kadr ona məlum olan proqramın daha üst səviyyəsini mənimsəmək üçün bir illik zaman kəsiyindən bol-bol istifadə edə bilər. Əksinə, iki illik mərhələ, iki illik müddət, necə deyim, magistr üçün o qədər də vacib deyil. Dünya standartlarında da bu belədir. Bəzi məsələlər var ki, biz artıq onlara getməliyik. Təhsil həm milli olduğu qədər, həm də qlobal bir çağırışdır. Qlobal çağırış zamana qənaəti, sürətlə inkişafı, süni intellektlə adekvat işləməyi tələb edirsə, biz də ona getməliyik və gedəcəyik də”.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Sentyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri