Icma.az
close
up
RU
Magistr yerləri niyə boş qaldı?

Magistr yerləri niyə boş qaldı?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il magistraturaya qəbul üçün ümumilikdə 16 min 794 plan yeri ayrılıb. Lakin nəticələr göstərir ki, onlardan 3300-dən çoxu boş qalıb. Maraqlıdır, niyə bu qədər magistr plan yeri boş qalıb?

Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bunun səbəbini müxtəlif aspektlərdən dəyərləndirib:

“Birincisi, sosial şəbəkələrdə, media resurslarında bir neçə təhsil ekspertinin də dediyi kimi yerli ali təhsil müəssisələri normadan artıq magistr planının normadan artıq təqdim ediblər. Açığı, bu fikirlə şəxsən razı deyiləm. Çünki istər bakalavriatura, istərsə də magistratura səviyyələri üzrə plan yerlərinin müəyyənləşdirilməsi və təqdimi təkcə universitetlərin özündən asılı olan məsələ deyil. Amma hər bir halda bir çox ixtisaslarda maraq azlığı və tələbə müraciəti az olub. İkinci səbəb kimi magistraturada təhsil haqlarının çox yüksək olması göstərilir.Bu səbəbdən də hətta uyğun balı yığsalar da, seçim etməyən, eləcə də qəbul olsalar da, təhsildən imtina edənlərin sayı çoxala bilir. Çünki magistraturaya qəbul bakalavriaturaya qəbuldan xeyli fərqlidir. Burada fərdin üzərində o qədər də ciddi olmayan, ağırlığı ilə fərqlənməyən öhdəliklər olur. Bu səbəbdən də daxil olmaq istədikləri ixtisasın illik təhsil haqqılarının çoxluğunu görüb, ondan könüllü imtina edənlərin da sayı az deyil”.

E.Nuri digər bir səbəb kimi bəzi universitetlərdə magistraturada oxuyan tələbələrin dərs saatları ilə bağlı verdikləri qərarları qeyd edib:

“Bilirik ki, bu təhsil səviyyəsi üzrə oxuyanların böyük əksəriyyəti haradasa işləyən, məşğul şəxslərdir. Magistratura səviyyəsi üzrə dərs saatlarının günorta saatlarına salınması isə onların bütün planlarını poza bilir. Məsələn, təhsil keyfiyyətinə görə fərqlənməyən bir neçə universitet var ki, magistrların dərs vaxtını məhz axşam saatlarına, işdən sonrakı saata saldığı üçün tələbə sayını xeyli artıra bilib. Bu səbəbdən də digər universitetlər analoji addımı atmalıdırlar. Dərslərin başlama saatını absurd şəkildə günortaya salmaqla işləyən magistrları ciddi seçim qarşısında qoymuş olurlar və bu seçim məhz universitetlərin ziyanına işləyir”.

Ekspertin sözlərinə görə, bir səbəb də yerli AHM-lərdə magistratura təhsilinin keyfiyyəti ilə bağlı şübhələr və reallıqlar da əsas səbəblərdən biri hesab edilə bilər:

“Bir neçə universiteti çıxmaq şərtilə digərlərində magistratura səviyyəsi eyni ixtisasın ixtisasın bakalavr diplomunu əldə edənlərə əlavə nəsə qazandırmır. Builki boş qalan plan yerləri ötənilki ilə müqayisədə iki dəfə çoxdur. Əsasən, hansı ixtisaslarda plan yerlərinin dolmadığı haqqında ətraflı bilgi yoxdur. Bu barədə DİM magistraturanın boş qalan plan yerləri üçün əlavə müsabiqə təşkil edəndə, “Magistr” jurnalının xüsusi sayında ətraflı bilgi əldə edə biləcəyik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyul 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri