Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA!” Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ VİDEO

“Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA!” Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov TV Müsavata geniş müsahibə verib.

Bakupost.az xəbər verir ki, Ə.İnsanov müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi, eyni zamanda onun dövlət çevrilişinə cəhd göstərməsi kimi ittihamlara münasibət bildirib.

Əli İnsanov bildirib ki, son həftə ərzində baş verən hadisələr təbii ki, Ramiz Mehdiyevə qarşı olduqca ciddi ittihamlardır:

“Bu gün buna məhkəmə hüquqi qiymət verəcək. Amma mən güman edirəm ki, Mehdiyevin özü, onun əməlləri haqda bəzi söhbətlər etmək olar. O, orta savadlı bir adamdır. İradəsi zəif, liderlikl qabiliyyəti, oratorluğu tamamən olmayan, bütün çıxışlarında yazılanları üzündən oxuyan biri olub. Onun siyasi liderlik iddiası çox gülməlidir. Ramiz Mehdiyev orta məktəbi bitirəndən sonra onun gücü bir texnikuma daxil olmaq olub. Çilingər hazırlayan bir texnikum. Əmək fəaliyyətinə gəmidə çilingər kimi başlayıb. Təəssüf ki, elə çilingər kimi də qalıb. Sonra onu komsomola dəvət ediblər. Komsomol onun əlindən tutub və bu günkü günlərə qədər gətirib. O, nə xüsusi təhsil alıb, nə xüsusi elm öyrənib. Kommunist idoelogiyasını, kommunistlərin “əxlaqını”, iş üslubunu yaxşı mənimsəyib”.

Ə.İnsanovun sözlərinə görə, bəziləri onu tərifləyəndə çox güclü və ağıllı adam olmasına işarə vursalar da, bu, tamamilə yanlış fikirdir:

“Onun gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi. Düzdü, çox ehtiyatlı adam idi, elə cəsarəti yoxdur ki, hansısa məsələyə fikir bildirsin. Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi. O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını rusiyapərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu”.

HƏP sədri bildirib ki, onun birinci xəyanəti Qarabağ probleminin həllini Rusiyanın əli ilə uzada bilməsi, digər xəyanəti isə Heydər Əliyevə olub:

“91-ləri hədəfə aldı. Mehdiyevin 91-lərə də, YAP-a da xüsusi bir nifrəti vardı. Şah Qacar nəsil artıra bilmədiyi üçün necə ki, bütün kişilərə nifrət edirdi, Ramiz Mehdiyev də iştirak edə bilmədiyi, bu prosesdə heç bir rolu olmadığı, ancaq oturub Heydər Əliyevin çörəyini yediyi üçün çox narahat idi. O, 91-lərin çoxunu məhv etdi. Partiyada bir nüfuzlu adam qoymadı ki, qalsın. YAP bu gün hər zamankından daha zəifdir. Bizim elə partiyadaşlarımız kənarda qalıb ki, heç biri iş başında deyil, İlham Əliyevə kömək etmək iqtidarında deyil”.

“Ramiz Mehdiyev sürgünə göndərilməyə layiq adam idi” deyən Ə.İnsanova görə, İ.Əliyev də bunu çox rahat edərdi:

“Çünki cənab prezident olduqca iradəli və ağıllı adamdır – Heydər Əliyevin oğludur. Etmədi. Çünki Azərbaycanın çox vacib problemləri hələ həll olunmamışdı. Problemi həll etdi, Ramizi də yola saldı, məni azad etdi. Mənim həbsimin ideya müəllifi, əsas təşkilatçısı Ramiz Mehdiyevdir. Biz YAP-ı qurub-yaradarkən, Heydər Əliyevin arxasında dayanıb, ölkə üçün mühüm işlər görərkən bu, deyirdi ki, Heydər Əliyevə qoşulmayın, o, siyasi meyitdir, heç bir perspektivi yoxdur. Mən bunu dilə gətirdim və Heydər Əliyev bunu bildi. İndi siz təsəvvür edin ki, buna görə, Heydər Əliyev ona necə nifrət edirdi”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri