Icma.az
close
up
RU
Magistratura imtahanı verənlərə ŞAD XƏBƏR: Plan yerləri artırılacaq!

Magistratura imtahanı verənlərə ŞAD XƏBƏR: Plan yerləri artırılacaq!

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bu gün saat 09:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 15760, rus bölməsi üzrə isə 1244 nəfər olmaqla, ümumlikdə 17004 bakalavr ərizəsini təsdiq edib.

Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək.


Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda elektron universitet qəbulundan keçən ümumi bakalavrların sayı 18205 nəfərdir:


“Onlardan 16883 nəfər Azərbaycan bölməsi, 1322 nəfər isə rus bölməsinin bakalavrlarıdır. Ötən il, ikinci cəhddə ümumi 19760 nəfər elektron ərizəsini təsdiq etmişdi. Onlardan 18459 Azərbaycan bölməsinin, 1301 nəfəri isə rus bölməsinin bakalavrları idi. Qeyd edim ki, ötən il ilə bu ilki il arasında rus bölməsinə müraciət edənlərin sayında artım var. Azərbaycan bölməsində isə hələ ki, ümumi elektron ərizəsini təsdiq edənlərin sayı ötən dövrlə müqayisədə təxminən 2000 nəfər azdır. Ərizə qəbulunun sonuna qədər ola bilər yenə həmin rəqəm formalaşsın. Böyük ehtimalla ötən ilki qədər müraciət qeydə alınacaq. Birinci cəhdə nəzərən ikinci cəhd imtahanı bakalavrlar üçün, sualların cavablandırılması baxımından əlçatan olacaq. Təbii ki, bakalavrlar birinci cəhddə buraxdıqları səhvləri ikinci cəhddə aradan qaldıra biləcəklər. O cümlədən birinci cəhd ilə ikinci cəhd arasında onlar artıq nəticələrini düzəltmək baxımından hazırlaşırlar. Bu da ümumi ixtisaslar üzrə ötən il olduğu kimi bu ildə keçid ballarına təsir edəcək. Çünki ikinci cəhdin nəticələri bakalavrlar ötən ilin magistraturası ilə müqayisələndirsək bu il eyni keçid balları bəzi ixtisaslarda formalaşa, bəzilərində isə müəyyən qədər artım ola bilər. Yəni bəzi ixtisaslarda minimum 2, maksimum isə 4-5  bala qədər artım ola bilər. Qalan digər ixtisaslarda isə demək olar ki, ötən il formalaşan keçid balları qeydə alınacaq. Həmçinin bu il plan yerlərində də cüzi artım qeydə alınacaq. Bu isə müraciət edən bakalavrların ötən il müraciət edən bakalavrlarla müqayisədə demək olar ki, daha şansılı olduqları anlam verir. Plan yeri artırsa, iştirakçıların qəbul olmaq şansı da artacaq. Xatırladım ki, ötən il 6816  dövlət sifarişinə plan yeri ayrılmışdı. Bu ilə isə təxminən plan yerinin 7 minə yaxın artımı proqnozlaşdırılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:422
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri