Icma.az
close
up
RU
Magistratura plan yerlərinin tam dolmasının tərəfdarı deyiləm İlqar Orucov

Magistratura plan yerlərinin tam dolmasının tərəfdarı deyiləm İlqar Orucov

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Plan yerləri əvvəlcədən nəzərdə tutulmuş maksimum yerlərdir və plan yerləri müəyyənləşdirilərkən həm universitetlərin potensialı, eyni zamanda əmək bazarında kadrlara ehtiyac və s. nəzərdə tutulur. Yəni bütövlükdə bu xeyli araşdırmalar nəticəsində müəyyənləşmiş say olaraq nəzərdə tutulur".

Bu fikirləri Redaktor.az-a fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov magistraturada boş qalan plan yerlərindən danışarkən bildirdi.

"Plan yerlərinin tam dolmamasında xüsusi qəbahət görmürəm. Nəyə görə? Çünki plan yerlərinin tam dolması bəlkə də heç gözlənilmir. Sadəcə olaraq plan yerləri magistratura pilləsində təhsil almaq istəyənlər üçün dövlətin ayırdığı o kvotadır. Maksimal yer 16794 nəfəri əhatə etməlidir. Yəni bundan çox qəbul aparmaq mümkün deyil. Bizim xeyli sayda gənclərimiz magistratura pilləsində təhsil almaq üçün heç Dövlət İmtahan Mərkəzinin imtahanlarına iştirak eləmirlər. Xeyli sayda gənclərimiz var ki, onlar dövlət proqramı ilə, hökumətlərarası proqramlar vasitəsilə, eyni zamanda müxtəlif universitetlərin təqaüd proqramları ilə xaricdə təhsil almaq imkanı əldə edirlər. Yəni bunu təbii ki, yüzə-yüz əvvəlcədən proqnoz vermək mümkün deyil. Həm də bu imtahandır, imtahanın nəticələridir. İmtahan olduğu yerdə, çox güclü rəqabət olur. Eyni zamanda imtahanın nəticəsinə müvafiq olaraq biz yekunda qəbul sayını bilə bilirik. Mən düşünmürəm ki, bu, həm də imtahanların çətinliyi ilə bağlıdır".

Fəlsəfə doktoru qeyd etdi ki, magistratura pilləsi təhsilin daha yüksək pilləsidir və burada bakalavr pilləsini bitirmiş istedadlı gənclər, həmçinin növbəti mərhələdə təhsil almaq istəyən gənclər iştirak edirlər.

"Və burada plan yerləri 100% dolacaq deyə belə bir gözlənti də yoxdur. Boş qalan 3300 yer az rəqəm deyil. Amma bir çox hallarda dolmamış plan yerlərinə növbəti müraciət üçün şans verilir. Ola bilsin belə bir şans verilsin və ya ola bilsin verilməsin. Bütövlükdə bununla bağlı müvafiq qərar nə olacaqsa, daha aşağı nəticə qazanmış, yəni keçid balını toplaya bilməyən gənclər üçün əlavə şans yaranacaqsa, o boş qalmış plan yerlərinə onlar müraciət edə bilərlər. Amma o şans yaranacaqmı, yaranmayacaqmı, mən onu bilmirəm. Ümumiyyətlə mən plan yerlərinin tam dolmasının da heç tərəfdarı deyiləm. Tam səmimi deyim. Ona görə ki, biz elə plan yerləri dolsun deyə, mən hesab edirəm ki, balları aşağı salmağın da yeri yoxdur. Çünki qeyd etdiyim kimi, magistratura pilləsi daha çox biliyi, biliyini nümayiş etdirə biləcək insanlar üçündür. Növbəti mərhələdə onların magistr proqramlarını mənimsəmək kimi həm də bacarıqları olmalıdır. Biz plan yerini azaldaq, plan yerinə müvafiq olaraq keçid ballarını azaldaq, hesab edirəm ki, bu yanaşma düzgün deyil. Birlikdə qərar necə olacaq, təbii ki, onu biz görəcəyik, biləcəyik. Fürsətdən istifadə edərək magistratura pilləsinə qəbul olunmuş gənclərimizi təbrik edirəm. Onlara təhsilin növbəti pilləsində uğurlar arzu edirəm. Və düşünürəm ki, ən layiqlilər magistratura pilləsində qəbul olaraq oxumaq şansı əldə ediblər. Və bu, həyatın sonu deyil".

İ.Orucov bildirdi ki, magistratura qəbuluna plan yerindən qat-qat çox insan müraciət etmişdi:

"İmtahandır, imtahanın nəticəsinə müvafiq olaraq təbii ki, proses həyata keçirilir, reallaşdırılır və yəqin ki, potensialı olan insanlar daha çox ola bilərdi. Amma imtahan prosesinin nəticəsinə müvafiq olaraq, qəbul olunmuş insanlar var və magistr olmaq arzusunda olan, təhsilini davam etdirmək gücünü özündə hiss edən insanlar öz arzularını reallaşdırmaq üçün növbəti illərdə imtahanlara qatıla bilərlər. Yəni əsas odur ki, magistr olmaq arzusunda olan insanlarımızın arzusu ardıcıl olsun, arzuları və istəklərində onlar davamlı olsunlar, daha yaxşı hazırlaşsınlar və növbəti illərdə onlar bu arzularını gerçəkləşdirsinlər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri