Magistraturaya boş qalan dövlət sifarişli yerlərə əlavə qəbul keçirilib
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Magistratura səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün əlavə müsabiqə keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin "Şəxsi kabinet" lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.
Bu mövzuda digər xəbərlər:Magistraturaya boş qalan plan yerlərə 617 nəfər qəbul edilib
19 Avqust 2025 16:55
Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!
20 Avqust 2025 10:19
Magistraturaya qəbul olunanlar üçün əlavə qeydiyyat BAŞLAYIR
20 Avqust 2025 10:39
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
28 Avqust 2025 17:07
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edildi
13 Avqust 2025 10:56
Baxış sayı:57
Bu xəbər 19 Sentyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















