Mahbubul Haq: Azərbaycan D 8 təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına böyük töhfə verə bilər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, Leyla Muradzadə, AZƏRTAC
İndiyədək D-8 təşkilatı səkkiz ölkədən ibarət idi. Lakin Azərbaycanın daxil olması bütün sistemə yeni güc verib.
Bu sözləri Banqladeş İnformasiya və Yayım Nazirliyinin baş katibi Nur Məhəmməd Mahbubul Haq AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
“Banqladeşdə çoxlu sayda dezinformasiya ilə qarşılaşırıq. Bildiyiniz kimi, bu yaxınlarda Banqladeşdə etirazlar və hökumət dəyişikliyi oldu. Ölkədə hazırda müvəqqəti hökumət var. Lakin bir çox dezinformasiya vasitəsi Banqladeşdəki siyasi prosesi pozmağa çalışır. Biz feyk xəbərləri müəyyən etməklə buna qarşı mübarizə aparmağa səy göstəririk”, - deyə baş katib qeyd edib.
Onun sözlərinə görə, media orqanları artıq heç bir sərhəd tanımır. “Bu məsələdə müxtəlif ölkələr arasında əməkdaşlıq əhəmiyyətli rol oynayacaq. D-8-in üzvü olan Azərbaycan, şübhəsiz ki, bu əməkdaşlığın inkişafına böyük töhfə verə bilər”, -deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















